Accessibility links

Avropa İttifaqı xəyalları ilə Rusiya arasında qalan Gürcüstan


Avropa İttifaqı xəyalları ilə Rusiya arasında qalan Gürcüstan
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Rusiyanın Kyivə yeni zərbələr endirməsi fonunda və Ukrayna Rusiyaya qarşı əks hücuma hazırlaşdığı bir vaxt, başqa bir keçmiş Sovet respublikası hadisələri yaxından izləyir. Gürcüstan 2008-ci ildə Moskvaya və Rusiya tərəfdarı separatçılara qarşı qısamüddətli müharibə aparıb və nəticədə Cənubi Osetiya və Abxaziya regionlarını itirib. İndi isə Gürcüstan əhalisi möhkəm bir şəkildə qərbə üz tutduğu bir vaxtda bəziləri Gürcüstan hökumətini Moskvaya meyl etməkdə günahlandırır - Gürcüstanın Avropa İttifaqına daxil olmaq ümidlərini riskə atmaqda.

Gürcüstanın şimal-mərkəzində Rusiya hər zaman yaxındır. Xurvaleti kəndində baryerlər Cənubi Osetiyanı ölkənin qalan hissəsindən ayırır.

Avropa İttifaqının müşahidəçiləri “İnzibati Sərhəd Xətti” boyunca sabitliyi təmin etməyə kömək edir.

“Biz xüsusilə bu yerdəyik ona görə ki, bu, münaqişənin çox insan üçün hələ də bitmədiyini göstərən vizual bir nöqtədir,” Avropa İttifaqının Gürcüstandakı Müşahidə Missiyasından Klaas Maes bildirir.

Münaqişə ələlxüsus da bir neçə kilometr uzaqda yerləşən Tserovanidə bitməyib. Orada 15 il öncə Cənubi Osetiya münaqişəsi nəticəsində didərgin düşən minlərlə insan yaşayır. Bu gün orada həyat demək olar, normal görünür…

Ancaq orada bəziləri inanınr ki, minlərlə kilometr uzaqda Ukraynada baş verənlər Gürcüstanın öz ərazilərini geri almaq ehtimalını müəyyən edə bilər.

“Ukrayna qalib gəlsə, bizim daha çox şansımız olacaq. Qalib gəlməsə, bizim heç şansımız olmayacaq,” Mtsxeta-Mtianeti Bölgə Mərkəzi adlı QHT-nin direktoru Nan Çkareuli bildirib.

Paytaxt Tbilisidə və ölkənin digər hissələrində bir çox gürcü Ukraynanı və Avropa İttifaqına qoşulmağı dəstəkləyir.

Sovet lideri İosif Stalinin dünyaya gəldiyi bu keçmiş sovet respublikasında Rusiyaya o cümlədən Moskva Ukrayaya hərbi müdaxilə edəndən bəri biznes və ya siyasi səbəblərdən ölkəyə gələn minlərlə ruslara qarşı da güclü hisslər movcuddur.

“Burada olan ruslar evlərinə geri getməlidirlər. Geri getməlidirlər,” Tbilisi sakini Qalbe deyir.

Tənqidçilər deyir ki, hakim Gürcüstan Arzusu partiyası ölkənin qərbyönümlülüyünü əks etdirmir.

Moskvanın may ayında Tbilisiyə uçuşları bərpa etməsi və bununla da iki ölkə arasında əlaqələrin istiləşdiyinə işarə etməsi ölkədə etirazlarla qarşılandı.

Bu ilin əvvəlində də xaricdən maliyyə alan qruplarla bağlı “xarici agentlər” qanun layihəsinə qarşı kütləvi nümayişlər keçirilmşdi. Hökumət nəhayət tənqidçilərin Gürcüstanı Rusiya ilə yaxınlaşdırdığını iddia etdikləri bu qanun layihəsini ləğv etdi.

“Ümumiyyətlə, Gürcüstanın bütün əhalisi, əksəriyyəti bir müddətdir ki, Gürcüstanın Avropayönlü gələcəyini, eyni zamanda da NATO ilə inteqrasiyasını dəstəkləyir. Və təbii ki, hökumət bu günlərdə həmin bu dalğanın əksinə gedir,” Gürcüstan Strateji Araşdırmalar İnstitutundan İrakli Porçxidze deyir.

Hakim Gürcüstan Arzusu partiyasından qanunvericilər deyir ki, onlar demokratiya və Avropaya sadiqdirlər, amma güclü rus qonşu qarşısında praqmatik bir xətt üzərində irəliləməlidirlər. Hələlik belə görünür ki, hakim partiya müxalifətdən daha çox dəstəyə malikdir.

Qarşıdan iki böyük hadisə gəlir. Aİ bir sıra islahatlar tövsiyyə edəndən sonra yenidən Gürcüstanın namizədliyini nəzərdən keçirəcək və 2024-cü ildə Gürcüstanda seçkilər keçiriləcək. Hər ikisi ölkənin növbəti aylar və illərdə hansı istiqaməti tutacağını müəyyən edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG