Accessibility links

Almaniyada kilsəyə silahlı hücumun səbəbləri araşdırılır


Almaniyanın Hamburq şəhəri polisinin bildirdiyinə görə, cümə axşamı Yehovanın Şahidləri kilsəsində baş verən atışmanın səbəbi araşdırılır.

Silahlı şəxs kilsədə atəş açaraq, bir neçə nəfəri öldürüb və yaralayıb.

"Hazırda cinayətin motivi ilə bağlı etibarlı məlumat yoxdur" - deyə, polis bildirib.

Polis rəsmi tələfat sayını açıqlamasa da, Almaniya mətbuatı hücum zamanı 7 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.

Polis silahlı şəxsin ölənlər arasında olduğuna və onun təkbaşına hərəkət etdiyinə inanıldığını deyib.

Kansler Olaf Şolts "qəddar zorakılıq aktını" pisləyib və qurbanlar və onların ailələrinin onun düşüncələrində olduğunu bildirib.

Almaniya son illər cihadçılar və ifrat sağçı qrupların hücumlarına məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG