Accessibility links

Almaniyada anti-İslam əhval-ruhiyyəsi artır [Video]


Almaniyada anti-islam əhvali-ruhiyyəsi artır
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Son zamanlar Almaniyada mühacirlərə qarşı tez-tez yürüşlər təşkil edilir. Bazar ertəsi gecə Drezden şəhərində keçirilən nümayiş Qərbdə islamlaşmaya qarşı idi. Almaniyanın digər ölkələrlə müqayisədə Suriya qaçqınlarına daha çox sığınacaq vermək təklifi etirazlarla qarşılanır.

Onlar “faşist zolaqları” kimi tanınır və onların sayı getdikcə artır.

"Vətənpərvər Avropalılar" qrupunun lideri Lutz Bakman Drezdendə Qərbin islamlaşması əleyhinə çıxış edir. 15 dekabr, 2014.
"Vətənpərvər Avropalılar" qrupunun lideri Lutz Bakman Drezdendə Qərbin islamlaşması əleyhinə çıxış edir. 15 dekabr, 2014.

Drezden şəhərində keçirilən yürüşə 15 min insan qatılıb. Onlar özlərini “Qərbin islamlaşmasına qarşı vətənpərvərlər” hərəkatının bir hissəsi adlandırırlar.

Küçələrə çıxan etirazçılar 25 il bundan qabaq Berlin divarının yıxılmasından bir neçə həftə əvvəl insanların küçələrə çıxaraq, səsləndirdiyi “Biz insanıq!” şüarını səsləndirdi. Bu dəfə nümayişçilər XXI əsrin Almaniyasının İslam tərəfindən zəbt edildiyini iddia edir.

“İslamlaşma hər yerdə özünü göstərir - məktəblərdə, müəssisələrdə, biz daha donuz əti belə yeyə bilmirik. Biz bunu istəmirik, İnsanlar istədiklərini yeyə bilmir. Onlar bizə təzyiq göstərə bilməz,” deyə, bir etirazçı bildirir.

irazlar Berlin də daxil olmaqla Almaniyanın başqa şəhərlərində də baş qaldırıb. Luts Bakman hərəkatın təməlini qoyanlardandır. “Bu gün biz addım ata bildiyimizi bir daha nümayiş etdirdik. Biz artıq böyümüşük və biz doğru qərar qəbul edə bilərik. Yavaş-yavaş da olsa ölkəmizdə dəyişikliklər edə bilərik.”

İslamlaşma hər yerdə özünü göstərir - məktəblərdə, müəssisələrdə, biz daha donuz əti belə yeyə bilmirik. Biz bunu istəmirik, İnsanlar istədiklərini yeyə bilmir. Onlar bizə təzyiq göstərə bilməz.
Etirazçı

Təhlilçilər Almaniyada mühacirlərə qarşı hərəkatın uzun zamandır mövcud olduğunu deyirlər. Lakin Berlinin on minlərlə suriyalı qaçqına sığınacaq vermək təklifi bu hərəkatı gücləndirib.

O qaçqınlardan biri də Əhməd Xavandır. Ona Frankfurt yaxınlığında ev verilib. Onun kar doğulan oğlu müalicə olunub. “Əvvəla Allaha, sonra da Almaniya minnətdaram. Oradan ya hava, ya da dəniz vasitəsilə çox sayda qeyri-qanuni suriyalı qaçqın gəlib. Almaniya isə bizə bunu dinc şəratdə etməyə imkan yaradıb.”

Amnesty Internationa təşkilatından Şərif Əlsəid Əli Avropaya gələn suriyalı qaçqınların yarısının Almaniyanın payına düşməsi faktını alqışlayır. “Almaniya humanitar yardım üçün milyonlarla dollar verib. Bununla yanaşı 30 min qaçqını da qəbul edəcəyinə söz verib.

Almaniya kansleri Angela Merkel. 24 noyabr, 2014.
Almaniya kansleri Angela Merkel. 24 noyabr, 2014.

Almaniya kansleri Angela Merkel almanları sağçı ritorikasına uymamağa çağırır. “Almaniyada toplaşma azadlığı var, lakin digər ölkələrdən gələn insanlar haqda yalan uydurmaq yox. Belə yürüşləri təşkil edənlərlə isə ehtiyatlı olmaq lazımdır.”

Köln şəhəri də olmaqla, bir neçə şəhərdə cavab nümayişləri keçirilib. Bu nümayişlərdə İslama qarşı çağırışlar tənqıd edili və tolerantlığa çağırılıb.

XS
SM
MD
LG