Accessibility links

Almaniya İranın iki diplomatını ölkədən çıxarıb


İranın bir alman vətəndaşını edam cəzasına məhkum etməsinə cavab olaraq Almaniya çərşənbə günü iki iranlı diplomatı ölkədən çıxardığını bildirib.

Bu addım İran hakimiyyətinin terrorizm ittihamı ilə məhkum edilmiş Cəmşid Şarmahda ölüm hökmünü elan etməsindən bir gün sonra atılıb.

İran ABŞ-da yaşayan İran mənşəli alman Şarmahdı monarxist qrupun silahlı qanadına rəhbərlik etməkdə ittiham edib. Ailəsi onun sadəcə olaraq müxalifət qrupunun üzvü olduğunu və İran kəşfiyyatının onu oğurladığını bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok çərşənbə günü verdiyi açıqlamasında "Biz İranı Cəmşid Şarmahdın ölüm hökmünü ləğv etməyə və ona qanunun aliliyinə əsaslanan ədalətli apellyasiya prosesini təmin etməyə çağırırıq" deyib.

Berbok İranın müvəqqəti işlər vəkilini çağırdığını və ona Almaniyanın bir alman vətəndaşının hüquqlarının belə "kobud şəkildə pozulmasını" qəbul etmədiyini dediyini bildirib.

Çərşənbə axşamı daha əvvəl verdiyi açıqlamasında Berbok Şarmahdın "çox şübhəli şəraitdə" həbs edildiyini və ona qarşı "ədalətli mühakimənin belə olmadığını" deyib.

İran məhkəmə sisteminin rəsmi saytında Şarmahdın terror fəaliyyətinə cəhddə təqsirli bilindiyi deyilib.

İnsan haqları qruplarının dediyinə görə, onun məhkəmə prosesi bağlı qapılar arxasında, müttəhimlərin özlərinə vəkil seçə bilmədikləri və ya onlara qarşı irəli sürülən dəlilləri görə bilmədikləri İnqilab Məhkəməsində keçirilib.

XS
SM
MD
LG