Accessibility links

Almaniyada İŞİD sıralarına döyüşçü cəlb etmək ittihamı ilə beş nəfər həbs edilib


Almaniyada beş nəfər İslam Dövləti qrupuna döyüşçülər cəlb etmək ittihamı ilə həbs edilib. Almaniyanın ədliyyə Naziri Heiko Maas bu həbslərin ölkədə ektremist hərəkatına əhəmiyyətli zərbə olduğunu deyib.

Rəsmilərin bildirdiyinə görə, şübhəlilər Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliyada keçirilən reydlər zamanı həbs edilib. Onlara qarşı ölkədə cihadçı şəbəkə yaratmaq və müsəlmanları İslam Dövləti yaraqlıları ilə çiyin-çiyinə döyümək üçün Suriyaya göndərmək ittihamları irəli sürülüb.

​İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər arasında qrupun başçısı əslən iraqdan olan 32 yaşlı Əbu Vəla ləqəbli şəxsdir. Məlumatda digər şübhəlilərin türk, alman, ikili Serbiya və Almaniya vətəndaşlığı olan bir nəfər və bir Kamerun vətəndaşı olduğu deyilib.

Almaniyada genişmiqyaslı terror hücumları həyata keçirilməsə də, bu ilin əvvəlində sığınacaq üçün müraciət edənlər tərəfindən İŞİD adından hücumlardan sonra qorxuların artdığı müşahidə edilir. Bu zorakılıqlar zamanı yalnız hücumçuların özü ölmüşdü.

XS
SM
MD
LG