Accessibility links

Almaniya: Silahlı çevriliş planlaşdırmaqda şübhəli bilinən 25 nəfər həbs edilib


Federal prokurorların bildirdiyinə görə, 3000-ə yaxın zabit Almaniyanın 16 əyalətinin 11-dəki 130 məntəqədə "Reyx Vətəndaşları" hərəkatının tərəfdarlarının axtarışını aparıb. Bəzi hərəkat üzvləri Almaniyanın müharibədən sonrakı konstitusiyasını rədd edir və hökuməti devirməyə çağırır.

Ədliyyə naziri Marko Buşman reydləri "anti-terror əməliyyatı" kimi qiymətləndirərək, şübhəlilərin dövlət qurumlarına silahlı hücum planlaşdırmış ola biləcəyini deyib.

Almaniyanın yüksək səviyyəli təhlükəsizlik rəsmisi qrupun "zorakı çevriliş fantaziyaları və sui-qəsd ideologiyaları ilə idarə olunduğunu" bildirib.

Prokurorların dediyinə görə, 22 Almaniya vətəndaşı "terror təşkilatına üzv olmaq" şübhəsi ilə həbs edilib. Onlardan biri Rusiya vətəndaşı olmaqla, daha 3 nəfərin təşkilata dəstək verməkdə şübhəli bilinərək, həbs edildiyi, daha 27 nəfərin istintaqının davam etdiyi bildirilib.

Almaniyanın "Der Spiegel" nəşri axtarışların Almaniyanın cənub-qərbindəki Kalv şəhərindəki KSK xüsusi təyinatlılarının kazarmalarında da aparıldığını bildirib. Bu bölmə keçmişdə bəzi əsgərlərin ifrat sağçı olmaqda şübhəli bilindiyinə görə, dərin araşdırmalara məruz qalmışdı.

Federal prokurorlar kazarmada axtarış aparıldığını təsdiq və ya təkzib etməkdən imtina edib.

Almaniyadakı həbslərlə yanaşı, prokurorlar bir nəfərin Avstriyanın Kitzbuel şəhərində, digərinin isə İtaliyanın Perudja şəhərində həbs edildiyini bildirib.

Prokurorların açıqlamasında deyilib ki, həbs edilən şəxslər terror təşkilatını keçən il "Almaniyada mövcud dövlət nizamını dağıtmaq və onu artıq özlərinin qurulmaqda olan dövlət forması ilə əvəz etmək məqsədi ilə yaradıb".

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG