Accessibility links

Putin: Kreml NATO hərbi təlimləri və raketlərin yerləşdirilməsi ilə bağlı danışıqlar aparacaq


Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Moskvada danışıqlardan sonra mətbuat konfransı keçirirlər, 15 fevral 2022-ci il.
Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Moskvada danışıqlardan sonra mətbuat konfransı keçirirlər, 15 fevral 2022-ci il.

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Moskvanın Ukrayna yaxınlığından qoşunların bir hissəsini geri çəkdiyini elan etdikdən sonra ABŞ və onun NATO müttəfiqləri ilə Avropada raket yerləşdirilməsi, eləcə də hərbi təlimlərə dair danışıqlara hazır olduğunu bildirib.

Putin bu açıqlamaları Almaniya kansleri Olaf Şoltsla Kremldə görüşdən sonra verib. O bildirib ki, Moskvanın Ukrayna və digər keçmiş Sovet ölkələrinin NATO-ya mümkün üzvlüyünü istisna etmək və Şərqi Avropadakı qoşunların Rusiyaya ən yaxın ərazilərdən geri çəkməkilməsi ilə bağlı əsas tələblərini rədd etməyə davam etməsinə baxmayaraq, o, Qərblə əlaqə saxlamağa hazırdır.

Rusiya lideri Moskvanın NATO ilə etimadın inkişaf etdirilməsinə çalışacağını bildirib. O eyni zamanda Qərbin onun əsas tələblərinə diqqət yetirməli olduğunu da vurğulayıb.

Putinin Qərblə daha çox diplomatiyaya dair razılaşması və açıqlanmayan sayda rus qoşunlarının Ukrayna yaxınlığında təlimi başa vurduqdan sonra geri çəkilməsi Rusiyanın Ukrayanaya müdaxiləsinin qarşısının alınacağına dair ümidləri gücləndirib.

Almaniya kansleri deyib ki, o, Moskva ilə diplomatik variantların tükənmədiyi fikri ilə razı olduğunu bildirib.

Qoşunların geri çəkilməsi ilə bağlı elanın “yaxşı siqnal” olduğunu deyən Olaf Şolts bunun daha da davamının olacağına ümid etdiyini bildirib.

Bununla belə, NATO və Ukrayna rəsmiləri geri çəkilmə ilə bağlı xəbərilərə dair hələ dəlil görmədiklərini bildirib.

Rusiya Ukraynanın şimalına, şərqinə və cənubuna topladığı təxmin edilən 130000 əsgəri qüvvənin nə qədərinin geriyə qaytarılması ilə bağlı məlumat verməyib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Biz həmişə deyirik ki, qoşunlar təlimlər bitdikdən sonra bazalarına qayıdacaq. Bu, bu dəfə də belədir".

XS
SM
MD
LG