Almaniya kansleri Olaf Şolz bazar ertəsi Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyanın təcavüzü ilə mübarizədə Ukraynanı kifayət qədər silahla təmin etmədiyini deyib və müttəfiqləri səylərini artırmağa çağırıb.
ABŞ-ın Ukraynaya hərbi yardımı Konqresdə ilişib qaldığı üçün Şolz Avropanın öz səylərini gücləndirməli olduğunu israr edib və Almaniya hökumətinin lazım olduğu müddətdə Kyivi dəstəkləyəcəyini vurğulayıb.
Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünün ilk aylarında Kyivə kifayət qədər hərbi dəstək vermədiyinə görə Almaniyanın özü tənqid olunurdu. Lakin bu gün o, Ukraynaya həm silah, həm də maliyyə yardımının əsas təchizatçılarından biridir. Keçən ilin sonunda Berlin 2024-cü ildə Ukraynaya hərbi yardımı iki dəfə artıraraq, 8 milyard avroya (8,8 milyard dollar) çatdırmaq qərarına gəlib.
"Almaniyanın töhfəsi nə qədər əhəmiyyətli olsa da, bu, uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün kifayət etməyəcək. Buna görə də mən Avropa İttifaqındakı müttəfiqləri Ukrayna ilə bağlı səylərini gücləndirməyə çağırıram. Avropa İttifaqına üzv ölkələrin əksəriyyətinin Ukraynaya planlaşdırdığı silah tədarükləri kifayət etmir" - deyə, Şolz Berlində mətbuat konfransında deyib.
Şolz Berlinin Avropa İttufaqının ayrı-ayrı üzv dövlətlindəm nə edə biləcəklərini ayrınlaşdırmasını istəyib, çünki bütün mümkün variantlar məlum deyil.
Almaniya kansleri blokun fevralın 1-də keçiriləcək fövqəladə sammitdə Ukraynaya təklif etdiyi 50 milyard avroluq yardım paketini razılaşdıracağına əmin olduğunu bildirib. 2023-cü ilin dekabrında keçirilən Avropa İttifaqı sammitində Macarıstanın etirazı səbəbindən bu, mümkün olmamışdı.
Forum