Accessibility links

Geyim şirkətləri rəqəmsal istehsala üz tutur [Video]


Geyim şirkətləri rəqəmsal istehsala üz tutur
please wait

No media source currently available

0:00 0:01:47 0:00

İllərdir cins şalvarlar xarici fabriklərdə istehsal olunur. Orada işçilər cinslərdə deşiklər açaraq onlara cırılmış effekti vermək üçün əl əməyi və avtomatlaşdırılmış üsullardan istifadə edirlər. Amma dəb dünyasında çoxlu dəyişikliklər baş verir. İndi artıq dəb şirkətləri dizayn və istehsal prosesini sürətləndirmək üçün rəqəmsal üsullara üz tutur.

Levi Strauss şirkətinin dizaynerləri cinslərin üzərinə qələmlər və sensor ekranlar vasitəsilə naxışlar vururlar. Yeni dizaynlar lazer maşına qoyulur və cins 90 saniyədə dəyişir. Əl ilə bu proses 30 dəqiqə çəkir.

Bu o deməkdir ki, biz məhsullarımızı istehlakçılara doğru zamanda çatdıra bilərik. Bundan əlavə isə biz istehlakçılarımızın istəklərini daha yaxşı anlaya bilərik.
Liz O'Nil

Levi Strauss şirkətinin texniki yenilik üzrə vitse-prezidenti Bart Sayts deyir ki, bu mühüm irəliləyişdir.

“Bu proses cinslərin dizayn və istehsal, eləcə də satış prosesini dəyişəcək”, o söyləyir.

Liz O’Nil deyir ki, bu yeni rəqəmsal platformadan istifadə edərək 165 illik şirkət cinslərin fabrikdən istehlakçılara çatdırılma müddətini xeyli azalda bilər.

“Bu o deməkdir ki, biz məhsullarımızı istehlakçılara doğru zamanda çatdıra bilərik. Bundan əlavə isə biz istehlakçılarımızın istəklərini daha yaxşı anlaya bilərik”, o bildirir.

Nəhəng qlobal təchizat şirkəti Li& Fung müştərilərinə digital təchizat zəncirinə keçid etməyə yardım edir. Bunun üçün onlar müştərilərə yeni softveyr və 3D kompyuter qrafiklərindən istifadənin geyim istehsalını daha effektiv etdiyini göstərir.

“Məhsulun 3 dimensiyalı versiyasını hazırlamaqla, yəni bütün kolleksiyanı istehsala keçmədən öncə kompyuterdə hazırlamaqla, siz tullantıların sayını azalda, istehsal prosesinin müddətini isə qısalda bilərsiniz” – deyə, Cathcart Techlogies şirkətinin baş icraçı direktoru Uitni Katkart bildirir.

San Fransiskoda qərargahlanan Betabrand adlı geyim firmasının baş icraçı direktoru Kris Lindland da bununla razılaşır.

“Qərar vermək və prototip hazırlamaq həftələr və hətta aylarla vaxt apara bilər, biz isə artıq bunu dəyişə bilərik”, o deyir.

Yeni texnologiyalar artıq dəb dünyasını dəyişir, çünki yeni və qabaqcıl dizayn və məhsullara da tələb sürətlə artır.

XS
SM
MD
LG