Accessibility links

Geyinilə bilən robotik cihazlar məhdudiyyətli insanlara ümid verir


Geyinilə bilən robotik cihazlar məhdudiyyətli insanlara ümid verir
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Tim Qatoetis on il öncə üzərkən onurğa beyninin zədələdiyindən bəri əlil arabası ilə hərəkət edir.

Tim, Harvard Universitetinin əl və qol reabilitasiyası üçün hazırlanmış xüsusi robotik cihazının sınağında yardım edir.

Tim Qatoetis, Tədqiqat iştirakçısı: “Mənə elə gəlir ki, bu cihaz məni ilhamlandırır və daha öncə etmədiyim şeyləri etməyə çağırır.”

Konor Volş, Harvard Universiteti: “Deməli, təxminən hər həftə biz yeni növ cihaz, sensor və ya idarə sxemini sınaqdan keçiririk. İştirakçılar isə bizə fikirlərini bildirirlər və biz düzgün istiqamətdə hərəkət edib-etmədiyimizi müəyyən edirik. ”

Milli Elm Fondunun dəstəyi ilə robotik dizayneri Konor Volş və komandası rahat geyinəbilən və mikroprosessora birləşən naqillərdən ibarət cihazlar hazırlayır.

Mikroprossessor iflic olmuş pasientləri hiss edir və cihaza siqnal göndərərək əzələ kimi hərəkərini təmin edir. Bununla da onlar əllərini və ya qollarını hərəkət edə bilirlər.

Konor Volş: “Etməyə düşündüyümüz şeylərdən biri, bu insanların müstəqil olmasını təmin edən funksiyaların bərpasıdır. Bunun üçün yanaşmamız yüngül çəkili və geyibilən robotik cihazların hazırlanmasıdır. Bu cihazlar elə rahat olmalıdır ki, bütün günü geyinə bilsinlər.”

Bu robotların rahat geyinəbilən olmasının təmin edilməsi çox çətin bir vəzifədir.

Keyt Jou, Harvard Universiteti: “Sən əgər ovucun içindəki sensora toxunsan, o sənə əşyanı tutmağa və qaldırmağa imkan verəcək.”

Yumşaq robotlar geyim paltarlarına bənzəyir, amma parçanın içi və çölü arasında kiçik şarları var. Cihaz qoşulu olanda həmin şarlar dolmağa başlayır və içəri hissə dəriyə əks istiqamətdə şişməyə başlayır. Bu baş verən zaman çöl hissə daha yumşaq olur və bu, istifadəçiyə hərəkətlilik verir.

Konor Volş: “Əlcəyin yuxarı hissəsində dartılabilən parça var. Daxili hissədəki parça isə daha az dartılandır. Bu cür fərq mexaniki hərəkət zamanı bizə lazım olan nəticəni əldə etmək imkanı verir. ”

Komanda üzvü və həkim Sabrina Paqanoni bu cihazı əzələ xəstəlikləri olan insanların müalicəsində sınaqdan keçirir.

Sabrina Paqanoni, Spauldinq Reabilitasiya Hospitalı: “Yardımçı cihaza ehtiyac getdikcə artacaq. Belə ki, çünki biz yeni müalicə növləri icad etdikdə, insanlar daha çox yaşayacaq. Amma eyni zamanda biz onları yalnız uzun həyatla yox, məhsuldar və keyfiyyətli həyatla təmin etməliyik.”

Tim robotlarla cəmi bir neçə aydır ki çalışsa da, gələcəklə bağlı çox həvəslidir.

Tim Qatoetis: “Mən əvvəllər mümkün olmayan yeni imkanlar görürəm. İndi hiss edə bilirəm ki, sözün əsl mənasında əlimə çatan əşyalar var.”

Bu, fiziki məhdudiyyətli insanlara özlərinə yardım edə bilmək yolunda böyük bir sıçrayışdır.

XS
SM
MD
LG