Accessibility links

Trampın CIA rəhbəri vəzifəsinə nominasiya etdiyi Gina Haspel həm tərif, həm tənqidlə üzləşir


Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbərliyinə nominasiya edilən ilk qadın kəşfiyyat icmasının bir çox üzvə tərəfindən təqdirə layiq görülüb, qanunvericilər və digərləri isə ona qarşı çübhə ilə yanaşır və onun işgəncə kimi qəbul ediləcək taktikalarından sitfadəsini sual edir.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Dövlət Departamentinə rəhbər olaraq Mərkəəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edib, Pompeonu əvəzləmək üçün isə Gina Haspeli nominasiya edib.

“O, mükəmməl insandır və mən onu yaxşı tanıyıram,” deyə Tramp daha sonra Ağ Ev qarşısınıda müxbirlərə bildirib.

CIA-in direktor müavini vəzifəsində çalışan Haspel artıq 30 ildir həmin idarədə işləyir və geniş təcrübəyə sahibdir. O London da daxil olmaqla bir neçə yerdə CIA-in yerli ofisinin rəhbəri olub.

“Mən prezident Trampa mənə belə fürstə verdiyinə görə minnətdaram və onun mənə duyduğu etimad mənə xəcalət verir,” deyə Haspel çərşənbə axşamı Ağ Evin yaydığı bəyanatda bildirib. Əgər təsdiq olunsam, mən prezident Trampı onun gözlədiyi kimi ən yüksək kəşfiyyat dəstəyi ilə təmin edəcəm,” o deyib.

“Nümunəvi kəşfiyyat zabiti

Mayk Pompeo
Mayk Pompeo

Pompeo Haspeli müavin təyin etdiyində onu çox tərifləmişdi.

“Gina nümunəvi kəşfiyyat zabitidir. O həmçinin işlərini yerinə yetirmək və ətrafınadıları ilhamlandırmaq kimi qeyri-adi bacarıqlara sahib liderdir,” o deyib.

Haspelin CIA-in rəhbəri vəzifəsinə nominasiyası çərşənbə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Koats tərəfindən dəstəkləndi. O, bəyanatında Haspeli “güçlü seçim” adlandırıb.

Hazırkı və keçmiş rəsmilər də Hapeli tərifləyib. Bəziləri onun hörmət edilən, lakin eyni zamanda çox siyasi düşünçəli olaraq görülən Pompeodan daha yaxşı olacağını deyib.

“CIA-ın vəziyyəti başında kəşfiyyat professionalının olması ilə yaxşılaşacaq,” deyə keçmiş yüksək səviyyəli CIA rəsmisi Pol Pillar söyləyib.

Digər keçmiş rəsmilər deyir ki, həm CIA həm də Tramp administrasiyası kəskin dəyişikliklərin səbəb olduğu hərc-mərclik ilə üzləşdiyi bir vaxt, Haspel əla seçimdir.

Hapelin keşmiş iş yoldaşları onun Soyuq Müharibə zamanı Rusiya ilə bağlı təcrübələrinə və agentliyin 11 sentyabr hücumlarından sonra terrora qarşı mübairzə səylərini vurğulayır.

“Mən Ginanı şəxsən tanıyıram. Mən onun gördüyü işlərlə qürur duyuram,” deyə Senatın Kəşfiyyat Komitəsinin sədir Riçard Burr bildirib.

CIA-in “qara yerləri” və işgəncə

Lakin bir çoxları onu tənqid edib və xüsusilə də onun CIA-in “qara yerlər” adlı məkanlarından biri olan Taylanddakı həbsxanalaırna başçılıq etdiyi dövrü vurğulayıb ki, orada terrorda şübhəli bilinən şəxslər saxlanılıb, sorğu-sual edilir. Onlara qarşı çox vaxt sərt dindirmə üsulları tətbiq olunur.

Mərkəzi Kəşfiyyat Agentliyi
Mərkəzi Kəşfiyyat Agentliyi

Bundan əlavə Haspelin iddia oldunduğuna görə, bu didirmələri lentə alan bəzi video sübutların məhv edilməsində əli olduğuna görə tənqid olunub.

“Son on ildə ABŞ-ın həbs etdiyi insanlara işgəncə tətbiq etməsi Amerika tarixinin ən qaranlıq səhifələrindən biri idi,” deyə Senatın Silahlı Xidmətlər Komitəsinin sədri Con MakKeyn çərşənbə axşamı bəyanatında bildirib.

Senatın Kəşfiyyat Komitəsinin üzvü olan demokrat Ron Vayden isə deyib ki, “Xanım Haspelin keçmişi onu CIA direkortu vəzifəsinə yararsız edir.”

İnsan haqları qrupları da etirazlarını dilə gətirib.

“İnsanları işgəncə edən heç kəc ictimai vəzifəyə sahib olmamalıdır, hər hansı bir idarəyə rəhbərlik heç etməməlidir,” deyə Human Rights First təşkilatından Raha Uala bildirib. “Bu cür qeyri-qanuni, mənliksiz və gözlənildiyindən əks təsirləri olan proqramda birbaşa əli olan insana bu idarəyə rəhbərlik etməyə icazə vermək bilərəkdən ölkəmizin qaranlıq işgəncə tarixini unutmaq deməkdir.”

Avropa Konstitusion və İnsan Haqları Mərkəzi hətta Haspelin həbsinə çağırıb və Almaniya prokurorularına Haspelin iki məhbusa qarşı hər gün tətbiq olunan işgəncələrə nəzarət etdiyini, lakin bunun qarşısını almaq səlahiyyətinin olduğunu dair iddianamə təqdim edib.

“O, bu işgəncələrə so qoya bilərdi, amma etmədi,” deyə 2017-ci ilin iyun ayında təşkilatın baş katibi Uolfqanq Kalek bildirmişdi. “Növbəti addım onun həbsinə dair qərar çıxarmaqdır.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG