Accessibility links

Giorgi Gogia: "Azərbaycanın sonuncu müstəqil xəbər agentliyi bağlana bilər"


Avqustun 17-də Human Rights Watch təşkilatınının vebsaytında təşkilatın Avropa və Orta Asiya bölməsinin Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogianın “Azərbaycanın ən son müstəqil xəbər agentliyi bağlana bilər” adlı məqaləsi dərc olunub. Giorgi Gogia məqalədə Azərbaycan hökümətini jurnalist Əfqan Muxtarlını sərbəst buraxmağa çağırıb.

Məqalənin Azərbaycan dilinə tərcüməsini təqdim edirik:

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

"Ötən ay Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərə 200-dən çox mənzil verdi və bunun müqabilində “jurnalistlərin dostu” mükafatını aldı. O, Azərbaycanda minlərlə mətbuat agentliyinin fəaliyyət göstərdiyini iddia edir.

Amma əslində Azərbaycanda uzun zamandır müstəqil və müxalifət mediasına qarşı antaqonizm mövcudur. Bu antaqonizmin ən son qurbanı isə ölkənin son müstəqil xəbər agentliyi, Turan, oldu. Hazırda agentliklə bağlı istintaq aparılır və o yaxın zamanda bağlana bilər.

Avqustun 7-də Azərbaycan hüquq-mühafizə orqanları Turana qarşı vergidən yayınmaya dair istintaqa başlayaraq, xəbər agentliyini 2014-2016-cı illər üçün 21 min ABŞ dollar dəyərində vergi borcu olmaqda ittiham edir. Turanın direktoru Mehman Əliyev ittihamları rədd edir və istintaqın siyasi motiv daşıdığını bildirir. Buna baxmayaraq, agentlik istintaqa kömək edəcəyini bildirib və o, avqustun 17-nə təyin olunan tarixədək rəsmilərin tələb etdiyi bütün lazımı sənədləri toplayırdı.

Jurnalistlərə mənzil hədiyyə etməyin Azərbaycanın mətbuat azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini yetirməsi ilə heç bir əlaqəsi yoxdur.
Giorgi Gogia

Lakin avqustun 16-da vergi polisi Turanın ofisində reyd keçirib, jurnalistlərin kompyuterlərində axtarış aparıb və bütün sənədlərlə birlikdə mühasibin də kompyuterini müsadirə edib.

Uydurma ittihamlarla jurnalsitləri həbs etmək Azərbaycan üçün yeni bir hal deyil. Məsələn, ötən ay hüquq-mühafizə orqanları fəaliyyəti dayandırılmış Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirlini 3 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Bu yaxınlarda bağlanan Kanal 13 internet kanalının başçısı Əziz Orucovla bağlı iyun ayından bəri vergi ilə bağlı məhkəmə işi aparılır. Bir qrup qeyri-hökümət təşkilatı da vergi təftişi və cinayət təhqiqatları səbəbilə fəaliyyətlərini dayandırıb.

Mehman Əliyev yerli mediaya informasiya agentliyinin də eyni aqibətlə üzləşəcəyindən qorxduğunu deyib. 1990-cu ildən bəri Azərbaycanda fəaliyyət göstərən Turan aparıcı beynəlxalq agentliklərlə əməkdaşlıq edir və üç dildə müstəqil xəbər və təhlillər paylaşır.

Bu istintaq ölkədə tənqidi mediaya qarşı aparılan təqiblərin bir hissəsidir. Sərhədsiz Reportyorlar qrupu mətbuat azadlığı reytinqində Azərbaycanı 180 ölkə arasında 162 yerdə sıralayır. Azı səkkiz jurnalist və bloqqer siyasi-motivli ittihamlarla hazırda həbsdədir. Onlardan biri ölkənin ən məşhur jurnalisti və bloqqeri sayılan Mehman Hüseynovdur. O, uydurma böhtan ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

Turan Agentliyinin direktoru Mehman Əliyev axtarışdan danışır
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Azərbaycan hüquq-mühafizə orqanları höküməti tənqid edən bəzi əsas media orqanlarının saytlarını blok edib və 2017-ci ilin mart ayında hökümət onlayn media üzərində nəzarəti gücləndirmək üçün bəzi qanunlar qəbul edib.

Jurnalistlərə mənzil hədiyyə etməyin Azərbaycanın mətbuat azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsi ilə heç bir əlaqəsi yoxdur. Bunun üçün haqsız yerə jurnalistləri həbs etməmək və Turan informasiya agentliyinin hökümətin yersiz müdaxiləsi olmadan fəaliyyət göstərməsi üçün şərait yaratmaq lazımdır".

XS
SM
MD
LG