Accessibility links

Giorgi Qogia: İlqar Məmmədovun məhkumluğu dərhal üzərindən götürülməlidir [Video-müsahibə]


Giorgi Qogia: İlqar Məmmədovun məhkumluğu dərhal üzərindən götürülməlidir
please wait

No media source currently available

0:00 0:06:26 0:00

Giorgi Qogia: İlqar Məmmədovun məhkumluğu dərhal üzərindən götürülməlidir

Beynəlxalq ictimaiyyət İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb, lakin hüquq müdafiəçiləri onun tam bəraət qazanmasına çağırır. Human Rıghts Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölümünün direktor müavini Giorgi Qogia Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu, şərti azadlıqdır və İlqar Məmmədovun azadlıqlarına beynəlxalq normalarla əsassız məhdudiyyətlər qoyulur.

Amerikanın Səsi: Azərbaycanda ən tanınmış siyasi məhbus hesab edilən İlqar Məmmədov 5 il həbsdə qaldıqdan sonra 2 il şərti olmaqla azadlığa buraxılıb. Sizin ilk növbədə bu hadisəyə reaksiyanız necə oldu?

Giorgi Qogia: Mən həyəcanlı idim, inana bilmirdim, İlqar və onun ailəsinə görə çox xoşbəxt idim. Mən İlqarı 15 ildir tanıyıram. Onun həbsdə keçirdiyi hər gün ədalətin imitasiyası idi. Buna görə də baxmayaraq ki, bu, onun Azərbaycanda istədiklərini etmək üçün tam azad olduğu demək olmasa da, mən çox sevinirdim. Bu, şərti azadlıqdır və onun azadlıqlarına beynəlxalq normalarla tamamilə əsassız olan məhdudiyyətlər qoyulur.

İlqar Məmmədov: “Mübarizəni daha böyük güc ilə davam etdirəcəyik”
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Amerikanın Səsi: Siz İlqar Məmmədovun məhz indi azadlığa buraxılması ilə bağlı nə düşünrüsünüz? Beynəlxalq ictimaiyyət bir neçə il ərzində Azərbaycan rəsmilərini dəfələrlə İlqar Məmmədovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Lakin rəsmi Bakı bu çağırışları rədd edib. Sizcə, rəsmilərin İlqar Məmmədovu hazırkı vaxt azad etməsi nə ilə əlaqədardır?

İlqarın dəmir barmaqlıqlar arxasında keçirdiyi hər bir gün onun hüquqlarının pozulması, ədalətin imitasiyası idi və bundan çox əvvəl sona çatmalı idi.

Giorgi Qogia: Məsələ bunun nə üçün indi olmasında deyil. Bunun vaxtı çoxdan keçmişdi. Biz bunu demişik. O bilirsiniz ki, 2013-cü ilin fevral ayında həbs edilmişdi. 2014-cü ildə Avropa Məhkəməsinin tam aydın qərarı var idi ki, onun həbsi qeyri-qanunidir və siyasi motivlərlə əlaqədardır. Avropa Şurası Nazirlər Komitəsi tərəfindən onun dərhal azad edilməsi ilə bağlı onlarla çağırış edilib. Nazirlər Komitəsi Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını kobud şəkildə pozduğu ilə əlaqədar Azərbaycana qarşı presedenti olmayan, indiyə qədər istifadə edilməmiş hüquqi prosedurlara başlamaq qərarına gəlib. 2017-ci ildə Avropa Məhkəməsi daha bir qərar çıxararaq, müəyyən etdi ki, onun mühakimə edilməsi onun hüquqlarının pozulması olub. Buna görə də İlqarın dəmir barmaqlıqlar arxasında keçirdiyi hər bir gün onun hüquqlarının pozulması, ədalətin imitasiyası idi və bundan çox əvvəl sona çatmalı idi. Bu, onun bəraət qazanması demək deyil. Ona qarşı bütün ittihamlar saxta idi, uydurma idi. Bu, tamamilə açıqca onun qorxudulması və Azərbaycanın siyasi həyatından kənarlaşdırılması məqsədilə edilmişdi və o, ölkədəki fəaliyyəti, siyasi fəaliyyətinə görə cəzalandırılmışdı. Nə üçün indi azad edilib? Çünki Azərbaycana təzyiqlər artır. Avropa Məhkəməsi Azərbaycan tərəfindən pozuntuların nəzərdən keçirilməsi prosesinə başlayıb. Bu, olduqca ciddi məsələdir. Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında Avropa Məhkəməsinin qərarlarının yerinə yetirməsindən kobud şəkildə imtina edən yeganə ölkə idi ki, Nazirlər Komitəsinin digər üzvləri pozuntularla bağlı prosesə başlamaq qərarı verdi. Buna görə də Azərbaycana qarşı təzyiqlər artırdı və Azərbaycanın düzgün addım atmasının vaxtı idi. Biz onun azad edilməsi və ailəsinə qovuşa bilməsinə sevinirik. Amma o, şərti olaraq azad edilib. Onun məhkumluğu dərhal üzərindən götürülməlidir və onun hərəkət etmək, ya da siyasi fəaliyyətinə məhdudiyyət kimi hər hansı bir məhdudiyyət aradan qaldırılmalıdır.

Amerikanın Səsi: İnsan haqları müdafiəçiləri Azərbaycanda 150 siyasi məhbusun olduğunu bildirir. Onların azad edilməsi üçün hansı addımlar atılmalıdır?

Ona qarşı bütün ittihamlar saxta idi, uydurma idi. Bu, tamamilə açıqca onun qorxudulması və Azərbaycanın siyasi həyatından kənarlaşdırılması məqsədilə edilmişdi və o, ölkədəki fəaliyyəti, siyasi fəaliyyətinə görə cəzalandırılmışdı.

Giorgi Qogia: Mən tamamilə razıyam ki, İlqar Məmmədov qanunsuz həbs edilən yeganə şəxs deyil. Dəmir barmaqlıqlar arxasında olan təkcə o deyil. Onlarla insan Azərbaycanda hökumətin tənqidçilərinə qarşı amansız təqiblər nəticəsində həbs edilib. Rəsmilər onlarla insan haqları müdafiəçisi, siyasi fəal və jurnalisti həbs edib. Bilmirsən kimdən başlayasan. Mehman Hüseynov, Əfqan Muxtarlı, həbsdə olan çox sayda insan var. Onlar ya jurnalist fəaliyyətinə görə, ya da siyasi fəaliyyətinə görə əziyyət çəkir. Onların hamısı azad edilməlidir. Onların heç biri həbsdə belə bir şəraitdə bir gün belə keçirməməlidir. Azərbaycanın beynəlxalq tərəfdaşlarının onların dərhal azad edilməsi və Azərbaycanda tənqidi səslərin təqib edilməsinə son qoyulması üçün təzyiq göstərməsi olduqca vacibdir.

Amerikanın Səsi: Sizin təşkilatınız və eləcə də digər insan haqları təşkilatlarının hesabatlarında göstərilir ki, Azərbaycanda hökumətin tənqidçilərinə qarşı təqiblər güclənib. Siz ölkədə insan haqlarının durumunu necə qiymətləndirirsiniz?

Azərbaycan beynəlxalq ictimaiyyətin üzvü kimi, BMT-nin və Avropa Şurasının bir üzvü kimi və Avropa ilə yaxın tərəfdaşlıq əlaqərinə malik olmaq istəyən bir ölkə kimi özünün könüllü olaraq yerinə yetirməyə razı olduğu standartlara görə məsuliyyət daşıyır.

Giorgi Qogia: Ümumi vəziyyətlə bağlı onu demək mümkündür ki, hökumətin tənqidçilərinə qarşı qəddar təqiblər gedir. İnsan haqları müdafiəçilərinin çoxu ya əvvəl həbs edilib, ya sürgündə yaşayır. Həbsdə olan jurnalistlər var. Müstəqil mətbuat yoxdur. Yayım mediasından söz gedə bilməz. Qeyri-hökumət təşkilatları hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərə bilmir. Müstəqil maliyyə mənbələrinə çıxışlara məhdudiyyət qoyulub. Bu, ölkədə insan haqları sahəsində davam edən böhrandır və Azərbaycan rəsmiləri buna son qoymaldır və Azərbaycanda insan haqları sahəsində vəziyyətin beynəlxalq öhdəliklərə uyğun olduğu bir səviyyəyə çatdırılması üçün konkret addımlar atmalıdır.

Amerikanın Səsi: Sizcə, qlobal səviyyədə avtoritarizmin artmasının müşahidə oldunduğu bir dövrdə Azərbaycanda durum haqda nə söyləyə bilərsniz?

Giorgi Qogia: Mən ölkələr arasında fərqlərdən danışmağı xoşlamıram. Avtoritarizmin yüksəlişi hamının narahatlığına səbəb olur. Məsələ Azərbaycanın hansısa başqa bir ölkə ilə müqayisədə yaxşı, ya da pis olmasında deyil. Məsələ Azərbaycanın könüllü olaraq Avropa Şurasına qoşularkən, beynəlxalq müqavilələri imzalayarkən və beynəlxalq ictimaiyyətin fəal üzvü olduğu vaxt üzərinə götürdüyü öhdəliklərə yaxşı, ya da pis əməl etməsindədir. Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə hörmət etməsi olduqca vacibdir. Azərbaycan beynəlxalq ictimaiyyətin üzvü kimi, BMT-nin və Avropa Şurasının bir üzvü kimi və Avropa ilə yaxın tərəfdaşlıq əlaqərinə malik olmaq istəyən bir ölkə kimi özünün könüllü olaraq yerinə yetirməyə razı olduğu standartlara görə məsuliyyət daşıyır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG