Accessibility links

Giorgi Qogia: "Tofiq Yaqublu dərhal azad edilməlidir"


Giorgi Qogia: "Tofiq Yaqublu dərhal azad edilməlidir"
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Human Rights Watch təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Giorgi Qogia Amerikanın Səsinə müsahibəsində Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun 4 il 3 ay müddətinə həbs olunması ilə bağlı hökmə münasibət bildirib. Qogia Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamların saxta olduğunu deyib və onun dərhal azad edilməsinə çağırıb. ​

Amerikanın Səsi: Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Sizin bu hökmə münasibətiniz nədir?

Giorgi Gogia: Bu, ədalətin təhqir olunmasıdır.

Tofiq Yaqublu Azərbaycanda çox az sayda alternativ səslərdən biridir və o daha öncə də bir neçə dəfə həbs olunub, ona qarşı pis rəftar olunub. O illərlə həbsdə qalıb.

Onun ən son mart ayında saxlanılması prezident İlham Əliyevin koronavirusa qarşı mübarizədən müxalifətə qarşı sui-istifadə etmək niyyətinin olduğunu söyləməsindən bir neçə gün sonraya təsadüf etdi. Yəni bu, gözlənilməz deyildi. Biz onun məsələsini ilk gündən yaxından izləyirik. Biz onun ailəsi ilə əlaqə saxlamışıq. Daha sonra məhkəmə işini yaxından izlədik və aydındır ki, məhkəmə prosesində çox sayda qanun pozuntuları olub. Məhkəmə beynəlxlaq standatlara cavab verməyib. Vəkilin insident anını çəkən təhlükəsizlik kameraları görüntülərinin təqdim olunmasına dair vəsatətləri təmin olunmayıb.

Bu təəccüblü deyildi, amma yenə də Azərbaycanda ədalətin bir daha məsxərəyə qoyulmasının göstəricisidir və çox kədərli bi gündür.

Amerikanın Səsi: Ona qarşı irəli sürülən ittihamlar barədə nə deyə bilərsiniz?

Giorgi Gogia: Mən Tofiq Yaqublunun hədəf alındığına təəccüblənmirəm, çünki o keçmiş jurnalist olaraq uzun illərdir Aərbaycanda insan haqları vəziyyətini və dəfələrlə ölkə rəhbərliyini tənqid edib. Azərbaycanda da dəfələrlə hökümət tənqidçiləri həbs olunub, ona görə də bu, təəccüblü deyil. Niyə məhz o? Çünki o liderdir, çünki o rəsmiləri tənqid edir və keçmişdə də dəfələrlə onları tənqid edib. Biz inanırıq ki, ona qarşı sürülən ittihamlar tamamilə uydurma və saxtadır. İnsidentin necə baş verdiyinə baxanda görürsünüz ki, onun maşını dayandığı yerdə yan tərəfdən vurulub. Yəni heç birbaşa toqquşma da olmayıb. O park halında olub. O və vəkilləri bütün insidentin lentə alındığını iddia edirlər. Bildiyiniz kimi hadisə ictimai yerdə, bazara çox yaxın yerdə baş verib və orada çox sayda təhlükəsizlik kameraları var.

Əgər onun xuliqanlıq törətdiyinə dair hər hansı dəlil olsa idi, əminəm ki, dövlət televiziya kanallarında göstərilərdi. Amma təhlükəsizlik kameralarındakı görüntüləri görməklə bağlı tələblər ittihamçılar və məhkəmə tərəfindən rədd edilib. Bu isə onu göstərir ki,Tofiq Yaqubluya qarşı ittihamların siyasi motivli olduğuna və onun siyasi fəallığına qarşı intiqam olduğuna dair heç bir şübə yoxdur.

Amerikanın Səsi: Bildiyiniz kimi Tofiq Yaqublu həbsnə etiraz etmək məqsədilə aclıq aksiyası başladıb və onun ailə üzvləri onun sağlamlığından narahatdır. Bu barədə fikirlərinizi öyrənmək istəyərdik?

Giorgi Gogia: Aydındır ki, o, başına gələnlərə etiraz etmək istəyir. Bu, onun haqqıdır. Azərbaycanın onun səhhətinin qayğısında qalmalıdr. Onlar lazım olsa onu yetərli tibbi yardımla təmin etməlidirlər. Amma ən əsası Azərbaycan onu dərhal azad etməlidir. Onun heç bir əsas olmadan xuliqanlıq ittihamları ilə dörd il üç ay həbsdə qalmasına səbəb yoxdur. O dərhal azad edilməlidir. Keçmişdə Avropa Şurası, Birləşmiş Ştatlar onun sərbəst buraxılmasına çağırışlar ediblər. Azərbaycanın tərəfdaşları müdaxilə edib, səylərini artırmalıdırlar və Azərbaycan rəsmilərinə onun dərhal azadlığa buraxmaları üçün israr etməlidirlər.

Amerikanın Səsi: Daha öncə onun azadlığa buraxılmasına dair çağırışlar nəticə verməyib ki, o, bu gün 4 il 3 ay müddətinə həbs olundu. Beynəlxalq təşkilatlar və ya xarici hökümətlər onun azadlığa buraxılması üçün başqa hansı tədbirlər görə bilər?

Giorgi Gogia: Məsələn Avropa İttifaqı hələ də Azərbaycanla daha yaxın əməkdaşlıq, iqtisadi və siyasi əlaqələr yaratmaq üçün danışıqlar aparır. Mühümdür ki, bu danışıqlar Azərbaycanın insan haqları məsələsindəki irəliləyişləri və ya geriləmələri ilə əlaqələndirilsin. Yaqublu azadlığa buraxılmadan, müxalif fəallara və müxalifət liderlərinə qarşı bu ciddi təqiblərə son qoyulmadan Azərbaycanla yaxn tərəfdaşlıq, Avropa İttifaqı ilə yaxın əlaqələr qurulmamlıdır. Düşünürəm ki, Azərbaycanın tərəfdaşları daha yaxın əlaqələrin qurulması üçün şərtlər irəli sürməlidirlər.

Şərhlərə bax

XS
SM
MD
LG