Accessibility links

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi magistr proqramına tələbə qəbulu elan edib


GİPA_logo
GİPA_logo

Proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir

ABŞ-ın Bakıdakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edir.

Səfirliyin məlumatına görə proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən keçirilir. Proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətlərdə medianın gücləndirilməsidir.

Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak etmək üçün seçiləcək. Proqram dörd semestr ərzində, sentyabr 2014 - may 2016 tədris illərində keçiriləcək.

Bütün namizədlər ali təhsilə malik olmalıdır. Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərin ingilis dilini bilməsi şərtdir.

ABŞ-ın Azərbaycandakı səfirliyi azərbaycanlı tələbələrin Gürcüstanda təhsil alması, onların tədris haqları və yaşayış xərclərini maliyyələşdirəcək. ABŞ səfirliyi, həmçinin, Azərbaycanın regionlarından olan tələbələrə Bakıda təhsil aldıqları zaman onlara maliyyə yardımı göstərə bilər.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin sentyabrında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi (ingilis dilində) müsahibədir. Sənədlərin qəbulu üçün son müddət 31 may 2014-cü ildir.
XS
SM
MD
LG