"Girls Making Change"
"Girls Making Change" layihəsi qızların proqramlaşdırma sahəsində iştirakının artırılmasına diqqət çəkmək məqsədi ilə həyata keçirilib. Bu layihə çərçivəsində 17-21 yaş aralığındakı 45 qız proqramlaşdırma dilləri üzrə 96 saatlıq dərslərə cəlb olunublar. 6 ay davam edən layihənin ilk mərhələsində iştirakçılar"Liderlik bacarıqları", "Məqsədlərin təyin edilməsi", "Vaxtın idarə edilməsi", "Şəxsi-brendinq" kimi təlimlərə qatılıblar. Layihənin 2-ci mərhələsində iştirakçılar "Gender bərabərliyi" və "Qadın hüquqları" təlimlərində iştirak ediblər. 3-cü mərhələdə isə iştirakçılar"Karyera planlaşdırılması", Fehruz Cəbrayılovun təqdimatında "Xaricdə təhsil imkanları", “Start-up, innovasiya”, "Data və detallar" təlimlərinə qatılıblar. Son mərhələdə isə ən uğurlu iştirakçılar proqramlaşdırma dərsləri üzrə müsabiqəyə cəlb olunub və xüsusi hədiyyələrlə qiymətləndiriliblər.
Episodes
-
Noyabr 11, 2024
Con Padesta: ABŞ COP29-da uğurlu nəticə əldə edilməsinə sadiqdir
-
Noyabr 11, 2024
Bakıda COP29 işinə başlayıb
-
Noyabr 09, 2024
Cəbrayıl köçkünü Şəfəq Qurbanovanın zirzəmidəki həyatı