Accessibility links

Gizada bomba hücumundan sonra Misir təhlükəsizlik qüvvələri 40 militantı öldürüb


Daxili İşlər Nazirliyi şənbə bildirib ki, Gizada vyetnamlı turist avtobusuna bomba hücumu nəticəsində dörd nəfərin həlak olmasından sonra Misirin təhlükəsizlik qüvvələri Şimali Sinay və Gizada keçirdiyi üç ayrı reyd zamanı 40 şübhəli militant öldürüb.

Nazirlik şübhəli militantların cümə günü törədilən hücumla əlaqələrinin olub-olmadığını bildirməsə də, onların Gizada gizləndikləri yerlərdə keçirdiyi reydlər zamanı 30 nəfəri öldürdüyünü bildirib. Onlar “terrorçu ünsürlərin” orada dövlət müəssisələri və turizm sahəsini hədəf alan hücumlar planlaşdırdığını söyləyib.

Təhlükəsizlik qüvvələri həmçinin Şimali Sinayda 10 şübhəli militant öldürüb. Misir ordusu orada İŞİD-in başçılıq etdiyi qiyama qarşı mübarizə aparır.

Dövlət xəbər agentliyi MENA şübhəlilərin atışma zamanı öldüyünü bildirib.

Giza, Misir
Giza, Misir

Nazirlik şübhəlilərin kimlikləri və ya təhləükəzilik qüvvələri arasında ölən və ya yaralananların olub-olmadığına dair məlumat verməyib. Bəyanatda eyni anda üç reydin həyata keçirildiyi qeyd edilib.

Nazirlik üzü bağlı qanlı cəsədlərin, eləcə yanlarından onların tüfənglərinin şəkillərini yayıb.

Cümə günü Misirin məşhur Giza ehramlarından 4 kilometr uzaqlıqda turist avtobusunun bomba üzərindən keçməsi ilə 3 vyetnamlı turist həlak olub, azı 10 nəfər xəsarət alıb.

Misirin ordu və polisi fevral ayında militant qruplara qarşı böyük kampaniya başladıb. Onlar Sinay yarımadası ilə Livya ilə sərhəd və cənub bölgələri hədəf alıb.

Hökümət bildirir ki, 2011-ci ildə başlayana Ərəb Baharı etirazlar nəticəsində bir neçə il davam edən qarışıqlıqdan sonra sabitliyi bərpa etmək üçün islamçı militantlara qarşı mübarizə onlar üçün prioritetdir.

XS
SM
MD
LG