Accessibility links

Gold Coast zirvə görüşündə iqlim dəyişikliyinə dair hesabat tamamlanıb


Gold Coast zirvə görüşündə iqlim dəyişikliyinə dair hesabat tamamlanıb
Gold Coast zirvə görüşündə iqlim dəyişikliyinə dair hesabat tamamlanıb

BMT-nin iqlim dəyişikliyinə dair hökumətlərarası panelini təmsil edən 100-dən çox alim Avstraliyanın Gold Coast zirvə görüşündə pis hava şəraiti nəticəsində baş verən təbii fəlakətlərə dair xüsusi hesabatı tamamlamaq üçün görüşüblər. BMT-nin əksər alimləri tropik fırtına, daşqın və meşə yanğınları daxil olmaqla planetin indi daha sərt hava şəraitinə həssas olduğuna dair xəbərdarlıq ediblər. BMT paneli iqlim dəyişikliyinin pis hava şəraiti nəticəsində baş verən təbii fəlakətlərin kəskinləşməsinə səbəb olduğunu düşünür. IPCC istiləşməkdə olan hərarətin daha da intensiv istilik dalğaları, quraqlıq, daşqın və fırtınalar üçün şərait yaradacağını bildirib. Mütəxəssislər iqlim dəyişikliyinin son vaxtlarda baş verən sərt hava şəraiti ilə əlaqədar olub-olmadığını araşdırmaq üçün yeni məlumatlar bölüşürlər. Avstraliyada Queenslandin böyük hissəsi və Victorianın cənub hissəsini suya qərq edən daşqın ilboyu davam edib. Fevral ayında beşinci kateqoriyalı tropik `Yasi`qasırğası Avstraliyanın şimal-şərq sahilini viran qoyub. Avstraliyanın Gold Coast zirvə görüşündə çıxış edən IPCC-nin sədri Rasedra Paçauri dünyanın böyük hissəsinin iqlim dəyişikliyinin yarada biləcəyi gözlənilməz hadisələrə hazır olmadığını bildirib.

Gold Coast zirvə görüşündə iqlim dəyişikliyinə dair hesabat tamamlanıb
Gold Coast zirvə görüşündə iqlim dəyişikliyinə dair hesabat tamamlanıb

Racedra Paçauri:`Biz əminik ki, son vaxtlarda baş verən təbii fəlakətlər daha da intensivləşəcək. Sözsüz ki, dünya insanları baş verəcək hadisələrə dair xəbərdar olmalıdırlar ki, hazır olsunlar.`

Gold Coast zirvə görüşündə nümayəndələr iqlim dəyişikliyi səbəbi ilə baş verən hava şəraiti və fəlakət risklərinə uyğunlaşma adlı istiqamət hesabatını tamamlamağa kömək edəcəklər. Hesabatın bu ilin sonunda başa çatdırılması nəzərdə tutulur. Hesabatın məqsədi hökumət, biznesmen və ictimayyətin gələcəkdə intensivləşən pis hava şəraitinə uyğunlaşmağa hazır olmağa kömək etməkdir. Üç gün davam edən görüşdə 50 ölkədən alimlər iştirak ediblər.

XS
SM
MD
LG