Accessibility links

İstanbuldan gələn qadının daxili orqanlarından zinət əşyaları aşkar edilib


Qızıl ziynət əşyaları
Qızıl ziynət əşyaları

Gömrük əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı olan xanımın daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını (bəzilərinin üzəri qaşlarla bəzədilib) - 18 ədəd kulon, 22 ədəd üzük, 17 ədəd sırğa cütü, 5 ədəd tək sırğa, 3 ədəd boyunbağı, 3 ədəd sırğa-üzük dəsti, 4 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti və 3 ədəd qolbağı aşkar edərək götürüb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 254,26 qram olan və 583/585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

XS
SM
MD
LG