Accessibility links

Gürcüstan gömrükçüləri Azərbaycan vətəndaşından iki kiloqramdan çox qızıl götürüb


Oktyabrın 7-də Gürcüstan gömrükçüləri Azərbaycan-Gürcüstan sərhəddindən (Qırmızı körpü) qanunsuz yolla ümumi çəkisi 2,202 kiloqram olan qızıl külçə keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıb.

Novosti-Qruzii agentliyi Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən bildirir ki, 53 min dollar dəyərində olan qızıl külçələr Azərbaycan vətəndaşının üzərində axtarış zamanı müəyyən edilib. Hazırda Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti araşdrıma aparır.

XS
SM
MD
LG