Rusiya müəyyən saytlara çıxışı bloklanmasa, Google-ın Rusiyada istifadəsini dayandıracağı ilə hədələyib.
Rusiya rəsmiləri bu internet şirkətinə təzyiq göstərərək, zərərli mahiyyət daşıdıqları deyilən bəzi kontentlərin bağlanmasını tələb edir.
Sentyabr ayında Rusiyada qəbul edilən qanuna görə, axtarış edənlər federal hökumətin informasiya sisteminə qoşulmalıdır. Bu yolla qadağan edilmiş saytlardan məlumat əldə edilməsinin qarşısı alınır.
Nifrət ritorikaları, xəsarət verilməsi, habelə Ukraynanın xəbər saytları kimi siyasi səbəblərlə qadağan edilən saytlar reyesterlərdə saxlanılır.
Rusiyanın informasiya agentliklərinin Roskomnadzorun rəhbər müavini Vadim Subbotinə istinadən bildirdiyinə görə, hökumət Google kimi axtarış sisteminin bloklanması da daxil edilməklə, sistemə dəyişiklilər əlavə edə bilər.
Bu həftəinin əvvəlində Roskomnadzorun Google-lı 500 min rubl cərimə etdiyi bildirilmişdi.
İdarə rəhbəri Aleksand Jarov deyib ki, axtarış portal reyesterdəki saytlardan qadağan olunmuş məlumatları göstərəcək.
“Daha sonra biz Google-ın şirkətimizlə bağlılığını yoxlayacaq və buna uyğun olaraq Google-a qarşı daha yüksək cərimə irəli sürəcəyik” , Subbotin bildirib.
Onun sözlərinə görə, təkrar yoxlanış dekabrın sonunadək davam edə bilər.