Accessibility links

Google şirkəti Çinə qayıdır


Bu barədə məlumatı olan iki şəxs media nümayəndələrinə bildiriblər Google Çində dəyişilmiş versiyasını təqdim etməyi planlaşdırır. Bu versiyada müəyyən veb saytlar bloklanacaq və axtarış qaydalarında dəyişiklər olacaq. Bununla nəhəng axtarış sistemi olan Google səkkiz illik fasilədən sonra yenidən dünyanın ən böyük internet auditoriyasına qayıdacaq.

Axtarış sistemində “insan hüquqları”, “demokratiya”, “din” və “dinc etirazlar” kimi ifadələr qara siyahıya salınacaq.

Lakin onlar bildirib ki, Google-in qayıdışı tez baş verəcək proses deyil. İntersept xəbər saytının məlumatına görə, bu proyekt artıq 2017-ci ildən işlənilir və artıq Çin rəsmilərinə təqdim olunub. Axtarış sistemində “insan hüquqları”, “demokratiya”, “din” və “dinc etirazlar” kimi ifadələr qara siyahıya salınacaq.

​Bu arada texnika dünyasının nəhəngi “Apple” Çində artımını bərpa edib. Bir trillion dollara yaxın bazar dəyəri olan şirkət, üçüncü rübdə əlli üç milyarddan çox gəlirin olduğu barədə məlumat açıqlayıb. Proqnozlara görə dördüncü rübdə bu rəqəm 60-62 milyard dollar arasında olacaq. Smartfon satışının azalmasına baxmayaraq, ən bahalı telefonlar, “apple store” və digər musiqi abunəsi kimi xidmətlərinə görə pul qazana bilib. Nyu-Yorkda yerləşən səhmdar D.A.Davidson araşdırma şirkətinin analitiki olan Tom Fort Amerikanın Səsinə bildirib ki, Apple-in son müvəffəqiyyətinə ABŞ-da vergi mühitinin yaxşılaşması yol açıb.

Nəhəng axtarış sistemi olan Google səkkiz illik fasilədən sonra yenidən dünyanın ən böyük internet auditoriyasına qayıdacaq.
Nəhəng axtarış sistemi olan Google səkkiz illik fasilədən sonra yenidən dünyanın ən böyük internet auditoriyasına qayıdacaq.

Artıq altı ildir ki, Apple dünyada ən böyük bazar payına sahib şirkətdir. Lakin Bloomberg News-un verdiyi məlumata görə, General Electric, ExxonMobil, Microsoft və PetroChina kimi korporativ nəhənglərinə nəzər salsaq bu, qısamüddətli müvəffəqiyyət ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG