Accessibility links

Google istifadəçilərinin sayı 1 milyarda çatıb


Google istifadəçilərinin sayı 1 milyarda çatıb
Google istifadəçilərinin sayı 1 milyarda çatıb

Internet axtarış saytı Google şirkətinin açıqladığı son məlumatda deyilir ki, may ayında şirkətin müxtəlif Web səhifələrinə bir milyarddan çox insan daxil olub. İnternetdə fəaliyyətlərini izləyən ComScore bir şirkətin saytlarından bu qədər istifadə edilməni rekord adlandırıb.

Son məlumata görə, bir il əvvəllə müqayisədə keçən ay Google istifadəçisinin sayı 8 faiz artıb. Bu, həmin müddət ərzində Google istifadəçisinin sayındakı artımın ikinci yerdəki Mikrosoft istifadəçisinin sayından 100 milyondan çox olduğunu göstərir. Facebook isə 700 million istifadəçi ilə üçüncü yerdədir.

Google şirkəti reklamlardan gəlir əldə edir və istifadəçilərin sayının artması bu gəlirin də artması deməkdir.

The Wall Street Journal qəzeti reklam yerləşdirən şirkətlərin fəaliyyətində də dəyişiklik olduğunu yazır. Qəzetin yazdığına görə, onlar təkcə bir sayta neçə istifadəçinin daxil oduğu ilə maraqlanmırlar, eyni zamanda istifadəçinin saytda nə qədər qaldığını da nəzərə alırlar. The Wall Street Journal Facebook istifadəçilərinin saytda daha çox qaldıqlarına görə Facebookun daha çox reklam alacağını gözlədiyini yazır.

XS
SM
MD
LG