Accessibility links

Google Nyu York qərargahının böyüdülməsinə 1 milyard dollar ayırıb


Google Nyu York qərargahının böyüdülməsinə 1 milyard dollar ayırıb
please wait

No media source currently available

0:00 0:01:03 0:00

Google-a sahib olan Alphabet şirkəti Nyu York şəhərində yerləşən ofislərinin genişləndirilməsinə 1 milyard dollar sərmayə qoyacağını elan edib.

Bu xəbər bir neçə həftə öncə Amazon şirkətinin ikinci qərargahın bir hissəsi kimi Nyu York şəhərini seçməsindən sonra yayılıb.

Google öz bloqunda şirkətin yeni qərargahın formalaşdırılması üçün Manhettenin texnoloji korridorunda böyük ofis binası icarəyə götürəcəyini bildirib.

Wall Street Journal qəzeti yazır ki, bu addım Google şirkətini Nyu York şəhərinin ən böyük kommersiya icarəçisinə çevirəcək.

Hudson Square qərargahı Google şirkətinin qlobal biznesi təşkilinin əsas yeri olacaq.

Amazon şirkəti ikinci qərargahı üçün Nyu York şəhərinin Lonq Ayland və Vaşinqton şəhərinin Kristal Siti ərazilərini seçib. Digər texnologiya nəhəngi Apple şirkəti də öz növbəsində Texasın Ostin şəhərində ikinci qərargahını açacağını bildirib.

XS
SM
MD
LG