Accessibility links

Google radar əsasında əl hərəkəti sensoruna ABŞ-ın təsdiqini alıb


Google radar əsasında əl hərəkəti sensoruna ABŞ-ın təsdiqini alıb
please wait

No media source currently available

0:00 0:01:19 0:00

Google-un ana şirkəti Alphabet, Project Soli adlı hərəkəti hiss edən cihaz üçün Federal Kommunikasiya Komissiyasından razılıq alaraq, tezliklə cihazın tətbiq edilməsinə başlayacaq.

Komissiya bazar ertəsi Google şirkətinə yol verilən səviyyədən daha güclü sensorlardan istifadə üçün icazəsi verdi. Bununla bərabər, həmin sensorların təyyarələrdə də istifadəsinə icazə verilib.

Federal Kommunikasiya Kommisiyası bildirir ki, Soli sensorları radarlar vasitəsilə hərəkəti 3D müstəvidə yaxalayır və toxunuş olmadan istifadəni mümkün edir. Bu ixtira hərəkət və ya danışıq məhdudiyyəti olan insanlar üçün faydalı olacaq.

Google deyir ki, sensorlar baş barmaqla şəhadət barmağı arasında görünməz düyməni basmaq, ya da ki, iki barmağı bir-birinə sürtərək ekrandakıları hərəkət etdirmək imkanı verir.

Yeni texnologiya Silikon Vadisinin digər nəhəngləri tərəfindən etirazla qarşılanıb.

Facebook Federal Kommunikasiya Komissiyasına bildirib ki, yüksək güclü Soli sensorları digər texnologiyalara müdaxilə edə bilər.

Danışıqlardan sonra Google və Facebook Kommisiyaya birgə müraciət edib. İki şirkət sensorun Google-un daha öncə planlaşdırdığında daha aşağı səviyyədə çalışacağı haqda razılığa gəldiklərini bildirib.

XS
SM
MD
LG