Accessibility links

Google-un Gmail, YouTube və başqa xidmətlərində qlobal miqyasda kəsilmə yaranıb


Bazar ertəsi ABŞ vaxtı ilə səhər saatlarında Google şirkəti təxminən bir saatlıq müddətdə qlobal miqyasda xidmətlərinin çökməsi problemi ilə üzləşib. Bu müddətdə şirkətin Gmail, Google Drive və YouTube platfromalarına daxil olmaq mümkün olmayıb.

Google-un idarəedici qurumu olan Alphabet Inc. kəsilməyə nəyin səbəb olduğunu açıqlamayıb.

Ağıllı ev xidməti verən, işıq və digər ağıllı cihazları idarə edə bilən Google Home Services istifadəçiləri də xidmətdə kəsilmələrin olduğunu bildiriblər.


"Evin işığı Google Home tərəfindən idarə olunduğu üçün hazırda mən körpəmin otağında qaranlıqda oturmuşam... yenidən düşünmək üçün çox şey var," bir Google Home istifadəçisi Twitterdə yazıb.

Bloomberg Google-un axtarış və reklamlar xidməti Big Tech şirkətləri üçün bu tip kəsilmələrin tipik olduğunu bildirsə də, bu dəfə Google-un eyni vaxtda bir çox məhsullarının bundan təsirləndiyi üçün nəzərə çarpıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG