Accessibility links

Milli Təhlükəsizlik Agentliyinin Google və Yahoo şəbəkələrinə müdaxilə etdiyi bildirilir



ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi internetdə dünya miqyasında məlumatları monitorinq etmək məqsədilə Google və Yahoo şəbəkələrinə müdaxilə etdiyi ilə bağlı yeni ittihamlarla qarşılaşıb.

Washington Post qəzeti bunu Milli Təhlükəsizlik Agentliyinin keçmiş kontraktoru Edvard Snoudenin ictimaiyyətə açıqladığı gizli proqramı haqda məlumatlar və qəzetin yazdığına görə, xəbərdar rəsmilərlə müsahibələrdən öyrəndiyini bildirib.

Washington Post-da dərc edilmiş məqaləadər deyilir ki, Milli Təhlükəsizlik Agentliyinin və Britaniyanın kəşfiyyat orqanı olan GCHQ Google və Yahoo qlobal internet şəbəkələrində məlumatların daşındığı optik kabellərin izlənməsini nəzərdə tutan MUSCULAR adlı proqram həyata keçirib. Məqalədə yazıldığı kimi, bu proqram kəşfiyyat agentliklərinə mətn, audio və video faylların köçürülməsi imkanı verir.

Google və Yahoo şirkətləri komunikasiya xətlərinin izlənməsinə icazə vermədikklərinə dair bəyanatla çıxış edib.
XS
SM
MD
LG