Accessibility links

Google 2017-ci ildən 100% bərpa olunan enerjidən istifadə edəcək


Google
Google

Dünyada hər 60 saniyədə Youtube-a uzunluğu 400 saat olan videolar yüklənir. Bu, Google üçün ağlasığmaz həcmdə enerji sərfiyyatı deməkdir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində məlumat yayıb.

Lakin, Google bunun çarəsini tapıb və 2017-ci ildən etibarən bütün məlumat mərkəzlərində 100% bərpa olunan enerji mənbələrindən istifadə edəcək.

“Bizim əsas məqsədimiz tək Google-un yox, hamının təmiz enerji mənbələrindən istifadə imkanlarını təqdim etməkdir”, Google-un vitse prezidenti Urs Hölzle deyib.

XS
SM
MD
LG