Accessibility links

GUAM-a üzv ölkələrin yüksək səviyyəli görüşü olacaq [Video]


Azərbaycan və Gürcüstan xarici işlər nazirləri görüşüb

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycanda səfərdədir. O fevralın 13-də prezident İlham Əliyev və xaici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

İki ölkənin xarici işlər nazirləri görüşlərinin yekunu olaraq brifinq keçirib.

Elmar Məmmədyarov və Mixail Canelidze
Elmar Məmmədyarov və Mixail Canelidze

“Azərbaycanla Gürcüstan arasında əlaqələr dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanır”. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra bildirib.

Onun sözlərinə görə, görüşdə hazırki əlaqələr və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub.

“Nəqliyyat məsələləri ilə bağlı daha geniş danışdıq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu il fəaliyyətə başlayacaq. Bu layihə hər 3 ölkən inkişafına təkan verəcək".

Nazir bu ilin ilk altı ayı ərzində Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üştərəfli formatda görüşü olacağını deyib.

Elmar Məmmədyarov və Mixail Canelidze
Elmar Məmmədyarov və Mixail Canelidze

Nazirlərin hər ikisi ərazi bütövlüyü və suverenliyin tanınması məsələsində eyni fikirdədir. Belə ki, Azərbaycan Gürcüstanın, Gürcüstan isə Azərbaycanın ərazi bütövlüyünü vəı suverenliyini tanıyır.

Nazirlər həmçinin GUAM-ın fəaliyyətinin daha da genişləndirilməsini dəstəkləyir.

“Hazırda Gürcüstanın sədrlik etdiyi GUAM təşkilatı çərçivəsində əlaqələrin inkişafı barədə müzakirələr apardıq. GUAM-ı xüsusilə iqtisadi və turizmin inkişafı baxımından necə gücləndirmək barədə danışdıq. Müəyyən layihələr var. Yaxın 2-3 ay ərzində təşkilata üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur”, Məmmədyarov qeyd edib.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycan və Gürcüstan diplomatik əlaqələrinin mövcud olduğu son 25 ildə dostluq və mehriban qonşuluq münasibətlərinin davam etdirildiyini deyib.

O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq var.

Elmar Məmmədyarov və Mixail Canelidze
Elmar Məmmədyarov və Mixail Canelidze

“Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək. Regionda energetika və nəqliyyat layihələrinə önəm veririk. Tranzit imkanlarını artırmaq niyyətindəyik. Bu istiqamətdə mühüm layihələr var. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək”, Cenalidze deyib.

Nazir iki ölkə arasında əməkdaşlığın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də davam etdiyini bildirib.

“Azərbaycanı Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik”, o deyib.

Cenalidze həmçinin regionda nəqliyyat sahəsində əməkdaşlığın, tranzit daşımalarının artırılmasının, avtomobil yollarının inkişafının vacibliyini qeyd edib.

XS
SM
MD
LG