Accessibility links

Azərbaycan, Gürcüstan və Türkiyə gömrük əməkdaşlığına dair bəyanat imzalyıb


İyulun 19-da Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü keçirilib. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Gürcüstan Baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili və Türkiyə gömrük və ticarət naziri Bülent Tüfenkci iştirak edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Avropa ilə Asiya arasındakı yük daşımalarının maksimum dərəcədə səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradacağını deyib.

Türkiyə gömrük və ticarət naziri Bülent Tüfenkci Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə də Trans-Anadolu qaz boru kəməri (TANAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin üçtərəfli əməkdaşlığın nailiyyətləri olduğunu bildirib.

Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin reallaşmasından sonra Çindən Avropaya uzanan ticarət dəhlizi ilə həyata keçirilən yük daşımalarının bu dəmir yolu vasitəsilə nəql olunacağını, bunun da hər üç ölkənin tranzit imkanlarını genişləndirməklə yanaşı, regionun inkişafına böyük təkan verəcəyini diqqətə çatdırıb.

Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub, "Azərbaycan, Gürcüstan və Türkiyə Respublikası arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul edilib.

Bununla yanaşı, görüş çərçivəsində "Azərbaycanilə Türkiyə Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş" imzalanıb.

XS
SM
MD
LG