Accessibility links

Sevastopolun qubernatoru vurulan dronun Ukraynaya məxsus olduğuna işarə edib


Krımda Sevastopol şəhərinin Rusiya tərəfindən dəstəklənən qubernatoru Telegram-da bildirib ki, hava hücumundan müdafiə qüvvələri şənbə günü pravoslav xristianların Milad bayramında bir dronu vurub. Reuters-in insidentlə bağlı məlumatında, Mixail Ravojayev dronu Ukraynanın göndərdiyinə işarə edib.”

“Hətta müqəddəs Milad bayramı da bu zalım insanların bizim Qəhrəman şəhərimizə hücum cəhdlərini dayandırması üçün səbəb olmadı,” - Razvojayev yazıb.

Rusiya Krımı 2014-cü ildə Ukraynadan ilhaq edib. Ukrayna Rusianın Ukraynaya hərbi müdaxilə başlayandan öncə ilhaq etdiyi bütün bölgələri və işğaldan sonra ələ keçirdiyi bütün əraziləri geri almaq niyyətində olduğunu bildirir.

Rusiyanın Qara dəniz donanması Sevastopolda yerləşir.

Rusiya Prezidenti Vladimir Putin pravoslavların Milad Bayramında Kreml kilsəsində keçirilən xidmətdə iştirak edib.

Rusiya Pravoslav Kilsəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyir.

Putin Rusiyanın pravoslav Milad bayramı münasibətilə cümə günündən etibarən 36 saatlıq atəşkəs eləan edib, amma belə görünür, döyüşlər hələ dayanmayıb.

Şənbə günü Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı kəşfiyyat məlumatında bildirib ki, “Pravoslav Milad dövründə müntəzəm qaydada davam edib. Ən şiddətli mübarizənin aparıldığı yerlərdən biri Luhansk vilayətinin Kremina şəhəri ətrafındadır.”

“Son üç həftədə Kremina ətrafında döyüşlər şəhərin qərbindəki sıx meşəlik ərazidə aparılıb,” Britaniya nazirliyi bildirib.

XS
SM
MD
LG