Accessibility links

Gözəl Bayramlı 3 il həbsə məhkum edilib


Gözəl Bayramlı
Gözəl Bayramlı

Dövlət ittihamçısı AXCP sədrinin müavininə 4 il həbs istəmişdi

Qazax rayon Məhkəməsinin hökmü ilə Gözəl Bayramlı üç il azadlıqdan məhrum edililb.

Dövlət ittihamçısı məhkəmədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlıya 4 il həbs istəyib.

Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Elçin Sadıqov bildirib.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:00:50 0:00

Yanvarın 23-də Qazax Rayon Məhkəməsində (Bakıdan 500 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə iclası davam etdirlib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Vəkil Elçin Sadıqov bu günkü məhkəmə iclasında son sözündə Gözəl Bayramlıya bəraət verilməsini istəyib.

“Məhkəmədə Bayramlıya qarşı irəli sürülən mittihamla bağlı heç bir sübut olmayıb. Məhkəmə birtərəfli aparıldı, müdafiə tərəfinin Gözəl Bayramlının təqsirsizliyini sübut edən heç bir vəsatətini təmin etmədi”, vəkil qeyd edib.

Gözəl Bayramlı məhkəmədə son söz deyib. O, ittihamları qəbul etmədiyini, əsassız ittihamlarla və siyasi sifarişlə həbs olunduğunu bildirib. Hakim bir neçə dəfə onun sözünü kəsərək mahiyyəti üzrə danışmağı təklif edib.

Gözəl Bayramlı cinayət işinin mahiyyətinin siyasi olduğunu və ittihamları qəbul etmədiyini deyib.

“Mənim özümü müdafiə etməyə ehtiyacım yoxdur. Azərbaycan xalqı məni də, ölkədən 150 milyard dollar oğurlayan ölkə rəhbərliyini də yaxşı tanıyır. Bizim 100 illik demokratik cümhuriyyət ənənəmiz var və inanıram ki, Azərbaycan xalqı öz layiq olduğu hakimiyyəti formalaşdıracaq”, bu zaman hakim AXCP sədrinin müavinin sözünü kəsib və müşavirəyə gedib.

Vəkil məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib.

XS
SM
MD
LG