Accessibility links

"Gözəl Planet" filmi [Video]


"Gözəl Planet" filmi
please wait

No media source currently available

0:00 0:02:42 0:00

"Gözəl Planet" filmi

Belə bir məsəl var: məsafə perspektiv yaradır. İndi isə Beynəlxalq Fəza Stansiyasının sayəsində biz IMAX və IMAX 3D kimi vasitəsilərlə mavi planetimiz haqda müəyyən təsəvvür əldə edə bilirik. Yer kürəsinin gözəlliyi səmanın yüksəliyindən aydın görünür, amma insanların kiçik kürə şəklində olan planetimizə göstərdiyi təsirlər də aşkardır.

Dəniz səviyyəsi artdıqca, dəniz səviyyəsindən aşağıda yerləşən sahilyanı bölgələr suyun altında qalacaq. Nyu Orlean şəhəri yox olacaq.

"Gözəl Planet" adlı sənədli filmdə Oskar mükafatı laureatı aktrisa Cennifer Lorens planetimizin əvvəlki və indiki vəziyyətini təsvir edir.

"Bir zamanlar Madaqaskar adasının böyük hissəsi sıx meşələrlə örtülmüşdü. İndi isə onların çoxu artıq yoxa çıxıb. Ağaclar olmadan qırmızı torpaqıar sürüşür, çaylar çirklənir və bu sular sonra dənizə axır gedir."

Fəzadan çəkilən kadrlarda Qrenlandiyadakı buz örtüyünün təhlükə doğuracaq sürətlə əridiyi göstərilir. Buzun altında əriyən sular okeana axır. Əgər buz örtüyü tam ərisə, dəniz səviyyəsi altı metrə qədər qalxa bilər.

“Dəniz səviyyəsi artdıqca, dəniz səviyyəsindən aşağıda yerləşən sahilyanı bölgələr suyun altında qalacaq. Nyu Orlean şəhəri yox olacaq.”

Əgər gündüzlər insanların təbiətə göstərdiyi təsirləri başa düşmək mümkün olursa, gecələr sivilizasiyanın özünü çox aydın şəkildə görmək mümkündür.

Qrenlandiya
Qrenlandiya

“Amsterdam, Brüssel, Rusiya paytaxtı Moskva kimi tanınmış yerləri, eləcə də Yaponiyanın Osaka, Naqoya, Tokio kimi canlı şəhərlərini müşahidə etmək olar.

Bu kadrları əldə etmək üçün, ekipaj heyəti yeni nəsil IMAX kameralarından istifadə edir. Bunlar daha öncə Toni Mayerin Habbl 3D kimi fəza sənədli filmlərində istifadə etdiyi kameralardan daha yüngüldür. Tanınmış kino ustası "Gözəl planet" filminin çəkilişi üçün özü fəzaya getməsə də, o, astronavtlara çəkilişin necə aparılmasını öyrədib.

Bir zamanlar Madaqaskar adasının böyük hissəsi sıx meşələrlə örtülmüşdü. İndi isə onların çoxu artıq yoxa çıxıb.

“Bu filmdə mən hər ikisi də qapalı sistem olduğu üçün kosmik stansiya və Yer kürəsi arasında analogiya aparmaq istəyirdim. Bunların hər ikisində bizim canlı qalmağımız üçün lazım olan hər şey olmalıdır: hava, su və ərzaq. Amma yeganə fəqrli cəhət odur ki, kosmik gəmiləri yenidən təchiz etmək mümkün olur, Yer kürəsində isə bu, mümkün deyil.

Onun mesajı isə budur: uzaq məsafələrdə yerləşən planetləri müstəmləkələşdirməyi xəyal etməyin. Bunun əvəzinə evinizi təmizləyin, Yer kürəsinin təbii gözəlliyinin, kövrək atmosferinin qayğısına qalın. Çünki Yer kürəsi mövcud olmasa, biz də onunla birlikdə həyatı itirəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG