Accessibility links

Ağ qızılgül və qara donlar-Grammy mükafatlarının təqdimatı mərasimində qadın bərabərliyinə dəstək mesajları


Lady Gaga 60-cı Grammy mükafatlarının təqdimatı mərasimində
Lady Gaga 60-cı Grammy mükafatlarının təqdimatı mərasimində

Musiqi və əyləncə dünyasının ulduzları Nyu Yorkda ötən gecə Grammy mükafatlarının 60-cı təqdimatı mərasimində qadınların bərabərliyinə dəstək mesajlarını qara və ağ rənglərdə geyimləri ilə verib.

Ağ qızılgül və qara donlar Hollivudda başlayan TimesUp kampaniyası ilə həmrəyliyin nümayişidir.

Mayli Sayrus (Miley Cyrus), Beyonse (Beyonce), Ledi Qaqa (Lady Gaga) qırmızı xalıya qara rəngli donlarda, digərləri isə ağ geyimlərdə çıxıb.

Lady Gaga
Lady Gaga

“Joanne” albomuna görə ən yaxşı pop vokal albom kateroqiyasında nominasiya edilən Ledi Qaqanın Armani moda evinin hazırladığı qara rəngli krujevalı donu və yaxasına taxdığı ağ qızılgül xüsusi diqqət çəkib.

Biz ağ qızılgülü ona görə seçmişik ki, bu, tarixən ümid, sülh, mərhəmət və müqavimət rəmzi daşıyır.

Ağ qızılgül mərasimin simvolu kimi musiqi sənayesi sahəsindəki nüfuzlu qadınlar tərəfindən seçilib. Tədbirdən öncə göndərdikləri email mesajında onlar yazıblar: “Biz ağ qızılgülü ona görə seçmişik ki, bu, tarixən ümid, sülh, mərhəmət və müqavimət rəmzi daşıyır”.

Ağ rəng həm də qadın hərəkatı tarixində önəm daşıyır. Amerikada qadınların səsvermə hüquqları uğrunda mübarizəsinin rəmzi olan üç rəngdən biri, yaşıl və bənövşəyi ilə yanaşı, həm də ağdır.

Kesha Grammy mükafatlarının təqdimatı mərasimində "Praying" mahnısını ifa edir
Kesha Grammy mükafatlarının təqdimatı mərasimində "Praying" mahnısını ifa edir

Müğənni Keşa (Kesha) səhnəyə ağ geyimdə çıxaraq ifa etdiyi “Praying” mahnısı ilə qadınlara qarşı seksual zorakılıq əleyhinə #MeToo hərəkatına dəstəyini bildirib. O, mahnını ifa etdiyi zaman Kamila Kabello (Camila Cabello), Andra Dey (Andra Day) və ağ geyimdə digər qadın musiqiçilər ona dəstək olaraq səhnəyə çıxıb. Müğənninin hərəkata dəstəyi onun özünün keçmiş prodüseri ilə zorlama iddiası ilə bağlı apardığı hüquqi proseslə əlaqədar diqqət çəkir.

Bizi susdurmağa çalışanlara iki sözümüz var: vaxt bitib.

​Keşanı Grammy səhnəsinə dəvət edən müğənni Janell Mone (Janelle Monae) isə musiqi sənayesi sahəsində qadınlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb. O, çıxışını bu sözlərlə bitirib: “Bizi susdurmağa çalışanlara iki sözümüz var: vaxt bitib”.

Janell Mone 60-cı Grammy mükafatlarının təqdimatı mərasimində
Janell Mone 60-cı Grammy mükafatlarının təqdimatı mərasimində

Böyük səhnədən qadın bərabərliyinə və seksual zorakılıqdan azad olmağa dəstək bu ayın əvvəli Qızıl Qlobus mükafatlarının təqdimatı mərasimində Hollivud ulduzları tərəfindən nümayiş etdirilmişdi. Ekran ulduzlarının çoxu TimesUp kampaniyası və #MeToo hərəkatına qara don geyərək dəstək bildirmişdi.

Hollivudun qadın ulduzları 75-ci Qızıl Qlobus mükafatlarının təqdimatı mərasimində, 7 yanvar, 2018.
Hollivudun qadın ulduzları 75-ci Qızıl Qlobus mükafatlarının təqdimatı mərasimində, 7 yanvar, 2018.

Əyləncə dünyasının mükafatlar mövsümü davam etdikcə belə görünür siyasi mesajlar ulduzların ən güclü aksessuarı olaraq qalacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG