Accessibility links

“Dünyanın Yeddi Təbii Möcüzəsi”ndən biri - Grand Canyon


“Dünyanın Yeddi Təbii Möcüzəsi”ndən biri - Grand Canyon
please wait

No media source currently available

0:00 0:02:13 0:00

2019-cu il fevralın 26-sı Grand Canyon-a (Qrand Kanyon) milli park adı verilməsinin 100-cü ildönümüdür. “Dünyanın Yeddi Təbii Möcüzəsi”nə daxil olan bu park yüz illərdir rəssamlar, şairlər və macəra sevənlərı ilhamlandıran yer olub. Fərqi yoxdur haradan, sıldırım qayalardan aşağı və ya Kolorado çayının daşan sularından yuxarı baxarkən siz buranın adını haradan aldığını anlaya bilərsiniz.

Arizona ştatının cənub-qərbində yerləşən “Grand Canyon” bir möcüzədir. Bu milli parkı səyahət edən Mika Meyer bunu belə izah edir. “Möhtəşəmdir. Bu, düzgün seçilmiş sözdür, çünki siz sıldırım qayanın kənarında durub ətrafa, aşağıda axan çaya baxarkən “Grand Canyon”un nə qədər nəhəng olduğunu görə bilirsiniz.”

Milyonlarla illər ərzindəki eroziyası ilə formalaşan, müxtəlif rənglərlə boyanmış kanyonun uzunluğu 446 kilometr dərinliyi isə 1220 metrdir. Mika Meyer: “Buranın unikallığı ondan ibarətdir ki, buradakı torpaq qatı milyonlarla illər qabararaq, üstə çıxıb və alimlərə milyonlarla illərin torpaq qatının tarixini öyrənməyə imkan verib.”

Həm alimlər, həm də ziyarətçilər bu nəhəng kanyonu həm ayaqla, həm də qayıqla seyr edə bilər.

Səkkiz günlük səfəri zamanı Mika Kolorado çayında 362 km məsafəni qayıqla qət edib. Ən xoşuna gələn isə əsas çaydan çıxan Kiçik Kolorado çayındakı səfəri olub. “”Kiçik Kolorado” özünün açıq mavi rəngi, ağ rəngli köpükləri ilə fərqlənir. Və bu rənglər “Kolorado çayı”nın boz rəngi ilə qarışanda müxtəlif rənglərin qarışığını görmək olur.”

Mika və bu yerləri onunla birlikdə səyahət edənlər buradakı bulaqları, şəlalələri və yerdən çıxan təbii suları görür. Ziyarətçilər eləcə də buradakı çayların və vəhşi təbiətinin zəngin tarixini öyrənir.

Axşamlar isə Mika və onunla birlikdə gələn qrup yoldaşları bu ən gözəl təbiətinin olduğu yerdə düşərgə salır.

XS
SM
MD
LG