Grants Pass şəhəri
Hələ 1820-ci illərdə xəz-dəri və qızıl üçün Amerikanın qərb sahillərinə axın edən minlərlə insandan bəziləri geri dönsə belə, digərləri burada qəsəbə qurub, yaşamağa davam edir. Şəhərin adının necə yaranmasına dair maraqlı və gülməli hekayələr olsa da, indiki adı müharibədə göstərdiyi şücaətlərinə görə General Ulis Granta həsr olunmuşdur. Hətta isti Aralıq dənizi havasını hiss etdiyiniz Grants Passda İl boyu 7 iqlim tipi müşahidə oluna bilir. Dutch Bros kofe mağazalarının doğulduğu yer olaraq məşhurluq qazanmış Grants Pass qədim küçələri, kiçik restoran və hədiyyə dükanları, müxtəlif ayı heykəlləri və ən əsası yerli sakinlərin isti münasibəti ilə insanın yaddaşında çox özəl bir yer olaraq qalır.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil
-
Aprel 23, 2024
Sorğu: Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir?