Accessibility links

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir


Liz Truss Ankarada

Böyük Britaniya Moskvanın Ukraynaya müdaxiləsinə cavab olaraq, Luhansk və Donetsk vilayətlərində Kremlin etibarlı nümayəndələrinə, eləcə də Rusiya üzrə 29 vilayət qubernatoruna qarşı çərşənbə axşamı sanksiyalar tətbiq etdiyini bildirib.

Genişləndirilmiş siyahıya 42 nəfər əlavə edilib. Buraya Rusiyanın ədliyyə naziri və müavini, həmçinin mart ayında Britaniya sanksiyalarına məruz qalan rusiyalı milyarder Əlişir Usmanovun iki qardaşı oğlu da daxil edilib.

"Biz Ukrayna qalib gələnə qədər Putinin qanunsuz işğalını qanuniləşdirməyə çalışanlara qarşı sərt sanksiyalar tətbiq etməyə davam edəcəyik," Boris Consonun istefasından sonra ölkənin baş nazirliyinə namizəd olan Böyük Britaniyanın xarici işlər naziri Liz Truss açıqlamasında deyib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya tərəfindən təyin edilmiş baş nazir və tanınmamış Donetsk və Luhansk "xalq respublikaları" sədrinin birinci müavini Vitali Xotsenko və Vladislav Kuznetsov indi səyahət qadağasına və aktivlərinin dondurulmasına məruz qalıb.

"Xotsenko və Kuznetsov Putinin Ukraynanın böyük hissəsini qeyri-qanuni ilhaq etmək və işğalını saxta qanuniləşdirmək üçün saxta referendumlardan istifadə etmək planlarını təbliğ etmək üçün işğal olunmuş regionda Rusiyanın siyasətini həyata keçirmək məqsədilə təyin ediliblər" - deyə, məlumatda bildirilir.

"Azadlıq" radiosunun məlumatına görə, Rusiyanın "Sputnik İnternational" dövlət xəbər agentliyinin baş redaktoru Anton Anisimov və Rusiyanın dövlət kanalları RT və Zvezda ilə əməkdaşlıq edən britaniyalı videobloger Qrem Fillips sanksiyalara məruz qalıb.

Britaniya xarici işlər nazirinin bəyanatında deyilir ki, Rusiya vilayətlərinin qubernatorlarına da Rusiyanın işğalına və Donetsk və Luhanska vəsait köçürməklə Ukraynadan əraziləri ələ keçirmək cəhdinə kömək etdiklərinə görə sanksiyalar tətbiq edilib.

Britaniya tərəfi bildirir ki, hazırda Rusiyada 1100-dən çox fiziki və 100-dən çox hüquqi şəxsə, o cümlədən iş adamlarına, şirkətlərə və tanınmış siyasətçilərə qarşı sanksiyalar tətbiq edib.

Britaniya hökuməti həmçinin Avropa İttifaqı ilə koordinasiya əsasında Suriyada fiziki şəxslərdən ibartə iki qrupa məhdudiyyətlər tətbiq etdiyini bildirib. Bu qruplardan birinin suriyalıların Ukraynada döyüşmək üçün cəlb edilməsinə görə məsuliyyət daşıdığı bildirilir.

XS
SM
MD
LG