Yunanıstanda çərşənbə günü ölkənin cənub sahilində 78 nəfərin ölümü ilə nəticələnən qayığın batması ilə əlaqədar 9 nəfər saxlanılıb. Şübhəli şəxslər insan qaçaqçılığı və cinayətkar fəaliyyətdə iştirakda ittiham olunaraq saxlanılır.
BMT-nin miqrasiya agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, 104 nəfər xilas edilsə də, aşaraq batan trol qayığında 750 nəfərə yaxın insanın olduğu güman edilir.
The Associated Press xəbər veriri ki, xilas edilənlərdən 27-i hələ də xəstəxanadadır.
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, sağ qalanların bəziləri qəza səbəbilə o dərəcədə travma alıb ki, onlar hələ də qayıqda olduqlarını və öləcəklərini düşünürlər.