Accessibility links

Yunanıstanda qaçqın düşərgəsində yanğın olub


Yunanıstanın Lesbos adasındakı qaçqın düşərgəsində baş verən yanğın minlərlə insanın qaçmasına səbəb olub.

Könüllülərın bildirdiyinə görə, Moria qaçqın düşərgəsindən 4 minə qədər insan evakuasiya edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Rəsmilər bazar ertəsi gecə saatlarında başlayan yanğının səbəblərini araşdırır və yanğın nəticəsində dəyən zərərin miqyasını müəyyənləşdirməyə çalışır.

Hazırda Lesbos adasına 5400 qaçqın sığınıb. Bu ada 2015-ci ildən bəri Türkiyədən Yunanıstana gələn 1 milyondan çox qaçqın üçün əsas dayanacağa çevrilib.

XS
SM
MD
LG