Accessibility links

Yunanıstan baş naziri istefa verməyə razı olub (YENİLƏNİB)


Yunanıstan baş naziri istefa verməyə razı olub (YENİLƏNİB)
Yunanıstan baş naziri istefa verməyə razı olub (YENİLƏNİB)

Yunanıstanın baş naziri Corc Papandreu Avropa İttifaqı ilə yeni maliyə paketi etmək vəzifəsini yerinə yetirəcək koalisiya hökumətinin xeyrinə istefa verməyə razı olub. Sosialist baş nazir Papandreu və Yeni Demokratiya partiyasının lideri Antonis Samaras arasında bu gün görüş olub.Yeni koalisiya mart ayında keçirilməsi nəzərdə tutulan seçkilərə qədər ölkəni idarə edəcək. Tərəflər bazar ertəsi yeni koalisiyaya kimin başçılıq edəcəyini müəyyən etmək üçün daha bir görüş keçirərək. Lakin bu şəxs artıq cənab Papndreu olmayacaq. Onun gələn il seçkilərə qatılıb-qatılmayacağı da hələlik aydın deyil. Yeni hökumət qarşısında duran əsas vəzifə Yunanıstana Avropa İttifaqının ayırdığı maliyyə paketini təsdiq etməkdən ibarətdir.

XS
SM
MD
LG