Accessibility links

Green Card lotereyasının qalibləri nələri bilməlidir? - Vəkil İsmayıl Şaxtaxtinski şərh edir


Green Card lotereyasının qalibləri nələri bilməlidir – vəkil İsmayıl Şaxtaxtinski şərh edir
please wait

No media source currently available

0:00 0:22:45 0:00

Green Card lotereyasının qalibləri nələri bilməlidir – vəkil İsmayıl Şaxtaxtinski şərh edir

ABŞ Dövlət Departamenti viza müxtəliflik immiqrasiya proqramının nəticələrini açıqlayıb. Green Card – `Yaşıl kart` adı ilə tanınan bu lotereya proqramının qalibləri Amerika Birləşmiş Ştatlarında daimi yaşayış icazəsi alır. Hüquq doktoru, Amerika Vəkillər Kollegiyasının üzvü vəkil İsmayıl Şaxtaxtinski Amerikanın Səsinə müsahibəsində viza lotereya qaliblərinin Amerikada yerləşmək üçün atmalı olduğu addımlar və lazımi hazırlıqlardan danışıb.

Vəkil İsmayıl Şaxtaxtinskinin bildirdiyinə görə, lotereyanın qalibləri oktyabr-noyabr aylarından başlayaraq Amerika Birləşmiş Ştatlarının konsulluqlarında müsahibələrə çağırılacaqlarını gözləməlidir.

Green Card-la Amerikaya gələndə burada heç bir sosial yardım, dövlət tərəfindən işsizlik, yəni heç bir sosial yardım düşmür.

“Uduşdan sonra Dövlət Departamentinə müraciət göndərilməlidir. DS-260 forması var. O, internetdə onlyan doldurulur, göndərilir. Onun üçün tələsmək tələbi yoxdur. Yəni oktyabra qədər nə zaman istəsələr bunu edə bilərlər. Orada olan məlumatlara çox diqqət yetirməlidirlər ki, hər şey diqqətli yazılsın, doldurulsun. Yəni ən çox problemlərdən biri odur ki, uduşdan sonra o verilən məlumatlar, toplanan sənədlərdə çatışmazlıqlar olur. Və gedirlər konsulluğa, Azərbaycan üçün bu Tiflisdə olur, intervyu, suallar verilir, görürlər ki, anketlərdə uyğunsuqluq var, hansısa tələb olunan sənəd gətirilməyib. Göndərirlər, gələnə qədər artıq o birilərə verilib, görürsünüz ki, birdən növbə itdi. İndiki uduşlar 2020-ci ilin sentyabrın sonuna qədər növbə ala biləcəklər. Yəni bunlara diqqət verilməlidir.”

İsmayıl Şaxtaxtanski Amerikada yeni həyat qurub, “Amerika arzusu”nu gerçəkləşdirmək istəyən Green Card lotereya iştirakçıları, xüsusilə də ailələrlə gələn lotereya qaliblərinin qarşılaşa biləcəklərdi çətinlikləri qeyd edib. O deyib ki, bu şəxslər Amerikada intensiv işə və hətta yenidən təhsilə başlamağa hazırlıqlı olmalıdırlar.

Amerikaya gələn adam gərək nəzərə alsın ki, burada gəlib təhsilini almalıdır, işləməlidir, gecə-gündüz əziyyətlə işləməlidir.

“Maddi xərcləri nəzərə almalıdırlar. Burada yaşayışın xərclərini. Yəni bir şeyi başa düşmək lazımdır ki, Green Card-la Amerikaya gələndə burada heç bir sosial yardım, dövlət tərəfindən işsizlik, yəni heç bir sosial yardım düşmür. O, vətəndaşlar üçündür, ya da qaçqınlar üçün. Amma Greed Card alanda Amerika Kanadaya, Avropa ölkələrinə baxanda ümumiyyətlə sosial yardımı çox az olan bir ölkədir. Ona görə də `Green Card udmuşam, Amerikaya gedəcəm, həyat gözəldir`, elə deyil. Amerikaya gələn adam gərək nəzərə alsın ki, burada gəlib təhsilini almalıdır, işləməlidir, gecə-gündüz əziyyətlə işləməlidir. Burada həyat çox dinamikdir.”

İsmayıl Şaxtaxtanski viza lotereyası proqramında sənədlərin hazırlanması üçün vətəndaşlara müxtəlif xidmətlər təklif edən şirkətlər tərəfindən saxtakarlıqlara yol verilməsinin qarşısını almaq üçün tövsiyələr verib.

“Green Card lotereyasına müraciət yalnız oktyabr ayında başlanılır, noyabr ayında bitir. Və nəticələr mayda çıxır. O aradan fərqli olaraq başqa vaxtlarda kimsə gəlsə ki, `udmusan, ya nə`, birinci elə o qırmızı işıqdır ki, burada saxtalıq var. Və yaxud kimsə desə ki, `udmusan, bir dollar ver, min dollar ver`, nə olursa olsun, bu da saxtadır. Əslində, burada heç bir xərc yoxdur. Nə Dövlət Departamentinin rüsumları var bu uduş prosesi üçün, ya müraciət üçün. Hətta uduşdan sonra belə rüsum yoxdur. Artıq Green Card prosesinə başlayanda, müraciət edəndə yalnız Dövlət Departamentinə Green Card almaq üçün rüsumlar var.”

Vəkil İsmayıl Şaxtaxtinski Green Card lotereya proqramında uduşlarda heç bir seçim yolu olmadığını deyib. O hazırda ABŞ-da viza lotereya proqramının dayandırılması ilə bağlı səsləndirilən çağrışlardan danışaraq, yaxın gələcəkdə proqramının dayandırılacağına gözləmədiyini bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG