Accessibility links

16 yaşlı Qreta Tunberq növbəti mühüm səfərinə hazırlaşır


İqlim dəyişikliyi fəalı Qreta Tunberq Los Ancelesdə ətraf mühit fəallarının yürüşündə çıxışından sonra, 1 noyabr, 2019.

Şimali Amerikada üç ay qaldıqdan sonra isveçli gənc iqlim fəalı Qreta Tunberq Avropaya qayıdır.

16 yaşlı Tunberq dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Madriddə keçiriləcək konfransında iştirak etmək üçün çərşənbə günü 15 metrlik yelkənli katamaran qayıqda Virciniya ştatının Hampton şəhərindən yola çıxaraq, Atlantik okeanda başqa bir səyahətinə başlayacaq.

Bu səfər onun avqustun sonlarında qərbə səyahətini təkrarlayacaq. O zaman Qreta tullantısız yelkənli qayıqda iki həftə sürən Trans-Atlantik səyahətindən sonra Nyu-Yorka gəlmişdi.

Trunberq səfəri zamanı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi sammitində çıxış və Kaliforniyadan Kanadaya qədər iqlim dəyişikliyinə dair mitinqlər və etirazlarda iştirak edib.

"Düşünürəm ki, bütün bu səyahətim çox xüsusi olduğu üçün onu xatırlayacağam. Bu qədər ilham verən insanı ziyarət etmək, bu qədər yerləri görmək və xüsusən də ön cəbhədə - fövqəladə iqlim və ekoloji vəziyyətin ilk fəsadlarını yaşayanları yaxından izləmək tədris baxımından inanılmaz dərəcədə maraqlı idi.

İqlim dəyişikliyi fəalını İspaniyaya aparacaq qayıq enerji üçün günəş panelləri və su generatorları ilə təchiz edilib. Tunberqin təyyarə ilə uçmaqdan imtina etməsinin səbəbi havaya buraxılan istixanə qazları tullantılarıdır.

Səyahət zamanı ona gəminin sahibləri, avstraliyalılar Rayli Uaytlam və Elayna Karausu, onların 11 aylıq övladı və bir mütəxəssis dənizçi qatılacaq.

Tunberq ilk dəfə ötən il İsveç parlamentinin qarşısında hər cümə günü etiraz etmək üçün dərsləri buraxarkən diqqət mərkəzində qalmağa başlayıb. Onun həftəlik məktəb tətilləri o vaxtdan bəri dünyada gənc iqlim fəalları hərəkatının genişlənməsinə ilham verib.

XS
SM
MD
LG