Accessibility links

Time jurnalı Qreta Thunberqi "İlin adamı" elan edib


Hər il görkəmli insanların siyahısını hazırlayan Time jurnalı bu il ətraf mühit fəalı Qreta Thunberqi “İlin adamı” seçib. Jurnalın üz qabığında Thunberqin fotosu və “Gəncliyin gücü” şüarı yerləşdirilib.

Time jurnalı “İlin adamı” mükafatını 1927-ci ildə təsis edib. Bu mükafat hər il baş verən dünya hadisələrinə əhəmiyyətli dərəcədə müsbət və ya mənfi təsir göstərmiş bir şəxsə və ya insan qrupuna verilir.

2018-ci ildə Time öldürülən səudiyyəli jurnalist Camal Xaşuqçini “İlin adamı” adlandırıb. 2017-ci ildə isə cinsi təcavüzlərə qarşı #MeToo hərəkatının fəalları bu mükafata layiq görülüb.

Qreta Thunberq etirazlara 2018-ci ilin yayında,15 yaşında ikən başlayıb. O, hər cümə günü məktəbə getmək əvəzinə, İsveç parlamentinin binasının qarşısına gəlib “İqlim üçün məktəb tətili” şüarı qaldırıb. Qreta siyasətçilərdən iqlim “apokalipsisi” və qlobal istiləşmə haqqında düşünməyi tələb edib. Tezliklə dünyanın bir çox ölkəsində tələbələr və məktəblilər onun yolunu davam etdirib.

Bir il sonra, sentyabrın 23-də Qreta Thunberq BMT Baş Assambleyasında "siz mənim uşaqlığımı oğurladınız" və "buna necə cəsarət etdiniz?!" sözləri ilə başlayan emosional nitq söyləyib. O, "insanlar əziyyət çəkir, ölür, ekosistemlər ölür və biz kütləvi qırğın astanasındayıq" deyərək, ekoloji fəlakət haqda danışıb və yenə də siyasətçiləri fəaliyyət göstərməməkdə ittiham edib.

İsveç parlamenti Thunberqi Nobel Sülh Mükafatına namizəd göstərərək, iqlim təhlükəsinin dövrümüzün əsas təhlükəsi olduğunu və gənc qızın başladığı kütləvi hərəkatın bu təhlükəyə qarşı mübarizədə əhəmiyyətli bir töhfə olduğunu söyləyib. Lakin Qreta 2019-cu ildə Nobel mükafatına layiq görülməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG