Accessibility links

Səfir Qrossman ABŞ-ın Əfqanıstan və Pakistana dəstəyi davam etdirəcəyini deyib


ABŞ prezidenti Barak Obamanın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Mark QrossmanVaşinqtonun regiona dəstəyi davam etdirəcəyini deyib.

Səfir Mark Qrossman iki ildir tutduğu vəzifədən gələn həftə getməyə hazırlaşdığı vaxt Amerikanın səsinin urdu xidmətinə müsahibə verib. O deyib ki, ölkə rəsmiləri ilə keçirdiyi görüşlərin diqqət mərkəzində əfqanların özlərinin sülhü təmin etməsi məsələsi olub.

Qrossman Vaşinqtonun ölkədə sülh prosesinin davam etdirilməsində rolunu, eyni zamanda, İslamabad və Kabil arasında birgə işin aparıldığını qeyd edib. O, keçən il ərzində Pakistanın sülh prosesinə daha yaxından cəlb olduğunu bildirib. Qrossman xüsusi nümayəndə olduğu dövrdə ABŞ və Pakistanın arasında əks-terror, Əfqanıstan kimi bir sıra ciddi məsələlərlə məşğul olmuşdur.
XS
SM
MD
LG