Accessibility links

GUAM-ın 15 illiyi qeyd edilib


GUAM Nazirlər Şurası
GUAM Nazirlər Şurası

GUAM-ın üzvləri dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri dəstəkləyir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın 15 illiyi ilə bağlı xarici işlər nazirləri Şurasının iclası keçirilib.

Nazir Məmmədyarov bildirib ki, GUAM-ın üzvləri dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri dəstəkləyir.

O həmçinin GUAM-ın əməkdaşlıq coğrafiyasının genişlənərək ABŞ, Yaponiya kimi dövlətlərlə, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini qeyd edib. Nazir iclasda iştirak edən ABŞ, Yaponiya və Avropa Birliyi nümayəndələrinə minnətdarlıq bildirib.

GUAM-ın Baş katibi V.Çeçelaşvili təşkilatın prioritetlərindən danışmışıb. Eyni zamanda Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Y. Lyanke, Ukraynanın xarici işlər naziri K. Qrişşenko, Gürcüstanın xarici işlər nazirinin müavini D. Сalaqaniya, ABŞ-dan səfir Con Teft, Yaponiyadan səfir Toiçi Sakata, Avropa Komissiyasından isə Yan Tombinski təbirdə çıxış edib.

İclas GUAM xarici işlər nazirləri Şurasının Kommünikesinin qəbulu ilə yekunlaşıb.
XS
SM
MD
LG