Avstraliyalı ailə yaşadıqları evinin ətrafını Milad bayramı münasibəti ilə yarım milyondan çox işıqlarla bəzəyərək, Qinness dünya rekorduna girməyə yenidən nail olub.
Riçards ailəsi yaşadıqları evi 502165 işıqla bəzəyib. Bunun üçün onlar 50 kilometr uzunluğunda naqildən istifadə edib.
Ailə ilk dəfə 2001-ci ildə 331038 rəngli işıqla evini bəzəyərək, Qinness kitabına daxil olmuşdu. Ancaq keçən il Ny -Yorklu ailə evlərinin ətrafını 346283 işıqla bəzəyərək birinciliyi onların əlindən almışdı.
Riçards ailəsi evlərini ziyarətçilərin üzünə açaraq xeyriyyəçilik üçün yardım toplamağı planlaşdırır.
Yerli elektrik şirkəti dekabr ayı üçün təxmin edilən 2300 dollarlıq işıq pulu ödənişini üzərinə götürüb.