Accessibility links

"Milli Şura 12 bölgəyə səfər etməyi planlaşdırır"-Gülağa Aslanlı ilə müsahibə [Audio]


Gülağa Aslanlı
"Biz Azərbaycanın 12 bölgəsinə səfər etməyi planlaşdırırıq. Bu plan hazırlanıb və həmən plana uyğun hərəkət etməyə başlayacağıq." Bu sözləri Amerikanın Səsinə müsahibəsində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, bu səfər zamanı yalnız Cəmil Həsənlinin seçicilər qarşısında çıxışı deyil, həm də onun vəkillərinin, səlahiyyətli nümayəndələrinin çıxışları nəzərdə tutulub. Cənab Aslanlı deyib ki, bu yolla da Milli Şura Azərbaycanın bütün rayonlarında, qəsəbələrində belə görüşlər keçirməyi planlaşdırıb.

Cəmil Həsənlinin ilk teledebatda çıxışından danışan Gülağa Aslanlı onun ilk çıxışını çox düzgün və gözəl qurduğunu deyib: "Azərbaycanda baş verən hadisələr barədə çox dolğun məlumat verdi və eyni zamanda İlham Əliyevin bu debatda iştirakının vacibliyinin diqqətə çatdırdı. Nəhayət, ölkənin prezidenti xalqa hesabat verməlidir. Əgər o, bu hesabatı vermirsə, onda ya namizədləri saya salmır, ya da Azərbaycan xalqını saya salmır".

Gülağa Aslanlı ilə müsahibəni ixtisarsız dinləyə bilərsiniz:

please wait

No media source currently available

0:00 0:07:36 0:00
Direct link
XS
SM
MD
LG