Dünən, fevral ayının 12-sə Beynəlxalq Olipmiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına daxil edilən idman növlərinin siyahısını açıqlayıb. Siyahıya nəzər salanda görmək mümkündür ki, 2020-ci il Olimpiadası 25 idman növü üzrə keçiriləcək, ancaq bu sırada güləş idman növü yoxdur. Komitə rəsmiləri qərarlarını bununla əsaslandırıb ki, Olimpiadaya yeni idman növləri daxil etmək üçün belə bir addım atmaq məcburiyyətində qalıblar. Ancaq bu barədə son qərar may ayında veriləcək.
Əgər may ayında da qərara bir dəyişiklik edilməsə, Azərbaycanda tarixi idman növu hesab edilən güləş üzrə potensial Olimpiada medallarından məhrum olacaq.
Qeyd edək ki, keçən il keçirilən London Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının aktivinə yazılan hər iki qızıl medal güləş üzrə əldə edilmişdi.
Bundan başqa komanda qazandığı ümumi 10 medaldan 8-ə güləş üzrə nail olub. Bu baxımdan qəbul olunmuş qərar Azərbaycan üçün heç də ürəkaçan deyil.
Londonda Azərbaycan idmançılarının mübarizə anları
1/12Valentin Xristov Ağırlıqqaldırma yarışlarında 56 kq-da Olimpiya üçüncüsü olaraq Azərbaycana ilk medal (bürünc) qazandırır.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
2/122008-ci il Pekin Olimpiya Oyunlarının bürünc mükafatçısı Mariya Stadnyk (mavi) 48 kq-da yalnız final görüşündə məğlub olaraq gümüş medal qazanır.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
3/12Emin Əhmədov 74 kq kişilər arasında güləş yarışlarında bürünc medal qazanır
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
4/12Super Ağır Çəkili (+91kq) kişilərin boks yarışında qızıl medala iddialı Məhəmmədrəsul Məcidov (qırmızı)- yarım finalda yalnız 1 xalq fərqi ilə məğlub olaraq Londonda yalnız bürünc medalla kifayətlənə bilir
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
5/12Yuliya Ratkeviç (qırmızı) 55 kq-da güləşir. London onun üçün bürünc medalla yadda qalır.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
6/12Teymur Məmmədov (qırmızı) yarım-finalda İtaliyalı Klemente Russoya cüzi fərqlə məğlub olaraq qızım medal imkanını itirir. Digər azərbaycanlı boksçu kimi o da Olimpiya üçüncüsü kimi vətənə dönür.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
7/12Son günlərin qəhrəmanı TOĞRUL ƏSGƏROV - 60 kq kişi güləşçilər arasında rəqib tanımayan azərbaycanlı güləşçi Olimpiadanın sonuna bir gün qalmış ölkəsinə ilk qızıl medalı qazandırır.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
8/12Filippinin Takloban şəhəri Haiyan tufanından sonra - 19 noyabr, 2013
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
9/1284 kq kişilər arasındakı güləş yarışlarında mübarizə aparan Şərif Şərifov (mavi) sürpriz nəticəsində finala çıxmış Puerto Rikolu Ceyme Yusepti asanlıqla məğlub etdiyinə inana bilmir.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
10/12Şərif Şərifov eyni gündə Azərbaycana ikinci qızıl medalı qazandırır. Eyni gündə, eyni zalda, eyni himn ikinci dəfə səslənir.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
11/12Qızıl medal xəyalları məhv olan digər güləşçi RÖVŞƏN BAYRAMOV - 2008-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı Londonda da gümüş medal qazanmağı özü üçün uğursuzluq hesab edir.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
12/12London Olimpiadasının son günü Xetaq Qazyumov (2008-ci il Olimpiya 3-sü) Azərbaycana 6-cı bürüncü, ümumilikdə isə 10-cu medalı qazandıraraq ölkəsinin 30-cu yerdəki yerini möhkəmləndirir.
Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir. Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.