Accessibility links

Texas ştatının Uvalde şəhərində yenidən silahlı insident baş verib


Texas ştatının Uvalde şəhərinin rəsmiləri deyirlər ki, cümə axşamı şəhərin Memorial parkında atışma hadisəsi qeydə alınıb. İki dəstə arasında baş verən hadisə nəticəsində iki nəfər yaralanıb.

Uvalde şəhəri bu ilin may ayında ibtidai məktəbdə 19 uşaq və iki müəllimin ölümü ilə nəticələnən kütləvi atışmaya səhnə olmuşdu. Hadisə ölkə boyu böyük rezonans yaratmışdı.

Uvalde polisi Facebook-da verdiyi açıqlamada yaralanan iki yeniyetmənin müalicə üçün cümə axşamı San Antonio şəhər xəstəxanalarına aparıldığını və onların vəziyyəti ilə bağlı məlumatın olmadığını bildirib.

Polis açıqlamasında 4 şübhəli şəxsin nəzarətə alındığı və sorğu-sual edildiyini bildirilib.

Texas ştatının qubernatoru Qreq Abbot Twitter-də "dəstələr arasında baş vermiş zorakılığın Uvalde icmasını və günahsız texaslıları təhlükə altına atmasının qəzəblə doğurduğunu" yazıb.

O həmçinin bildirib ki, İctimai Təhlükəsizlik Departamentinin altı bölməsinə gecə-gündüz işləmək və şəhərlə dəstə əleyhinə mübarizə səylərini gücləndirməyə başlamaq əmri verib.

XS
SM
MD
LG