Accessibility links

Günel Mövlud: Qadın özünü kişi ilə bərabərhüquqlu, bərabərdəyərli insan görəndə selektiv abortlara ehtiyac qalmayacaq


Günel Mövludla müsahibə
please wait

No media source currently available

0:00 0:07:36 0:00

2017-ci ilin statitistik məlumatlarına əsasən, Azərbaycan əhalisinin sayı 9.81 milyon nəfərə çatıb. Əhalinin 50 faizindən bir qədər çoxunu qadınlar təşkil edir. Dünyaya gələn qızların sayı isə oğlanlara nisbətən 4 faiz az olub. Müşahidəçiləri bunun əsas səbəblərindən birini Azərbaycanda selektiv abortlarının sayının çox olması ilə izah edir. Yazar Günel Mövlud Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə selektiv abortların səbəbləri, cinsi qısnama halları və cəmiyyətdə qadınların problemlərinin müzakirəsi haqda danışıb.

Valideynlər oğlana gələcəklərinin sığortası kimi baxırlar.

Günel Mövludun sözlərinə görə, ənənəvi baxışlar ondan ibarətdir ki, “qız azərbaycanlı ailə üçün yatırım edilməli və sonra da o yatırımı doğrultmayacaq övladdır”.

Məsələnin sosial tərəflərinə toxunan Günel Mövlud qeyd edib ki, “yaşlı insanların sosial təminatının olmaması ona gətirib çıxarır ki, insanlar oğlan övladda onların gələcəyini, qocalığını təmin edəcək bir”cins” övlad görürlər, yəni onlara gələcəklərinin sığortası kimi baxırlar, qızı isə bu cür nəzərdən keçirmirlər. Çünki ənənələrə uyğun olaraq, mentalitetə uyğun olaraq, qız ailə quracaq, evdən gedəcək və bununla da ana evində yatırımı doğrultmayacaq. Bu yatırımı doğruldacaq övlad oğlan uşağıdır.”

Qız azərbaycanlı ailə üçün yatırım edilməli və sonra da o yatırımı doğrultmayacaq övladdır.

Günel Mövlud qadınların selektiv abortlarla bağlı qərar verməsinə bir neçə amilin təsir etdiyini bildirib.

“Oğlan uşağı dünyaya gətirən qadının qiyməti daha daha artıq olur. Özünü bir qadın kimi, yeni ailənin bir üzvü kimi daha yaxş təsdiq edilmiş hesab edir. Bununla qürurlanır. Qız uşağı isə təəssüf ki, bizim mentalitetə, anaya, belə deyək, qürur mənbəyi deyil. İkincisi, ö özünə qarşı daima o münasibəti gördüyündən, daim məsələn, hüquqları tapdanğından, daim o əziyyətlərə məruz qaldığından düşünür ki, qızım da bu şeylərdən keçəcək, ona görə yaxşısı budur, bəlkə mən onu heç dünyaya gətirməyim. Üçüncüsü, analara qarşı böyük bir təzyiq var ki, qız övladının məsələn, namus sorumluluğu, davranma sorumluluğu, tərbiyə sorumluluğu, bütün bunlar hamısı anadan tələb edilir. Yəni, bizim mental baxışlarla qız yanlış bir addım atırsa o dəqiqə ailənin kişiləri onun anasına təzyiq edirlər ki, `sənin ana tərbiyə verdiyin qız budur`. Ona görə o yazıq qadın bütün bu problemlərdən canını qurtarmaq üçün istəmir qız uşağı dünyaya gəlsin. Ona bir problem kimi baxır.”

Analara qarşı böyük bir təzyiq var ki, qız övladının namus sorumluluğu, davranma sorumluluğu, tərbiyə sorumluluğu, bütün bunlar hamısı anadan tələb edilir.

Günel Mövlud bildirib ki, “qadın özünü qeyd-şərtsiz kişi ilə bərabərhüquqlu, bərabərdəyərli insan görəndə selektiv abortlara da ehtiyac qalmayacaq.”

“Nə qədər ki o özünün bərabər hüquqda, bərabər dəyərdə bir insan olduğunu qəbul etməyib, selektiv abortlar da bitməyəcək.”

Günel Mövlud dünya ölkələrində qadınların seksual qısnama halları əleyhinə #MeToo hərəkatına toxunaraq, ənənəvi cəmiyyətlərdə ümumi qəbul olunmuş “qurbanın günahlandırılması” kimi reaksiyalardan danışıb. “Bu debatların bizdə baş tutmamağının əsas səbəbi odur ki, sonda qadın günahlandırılacaq”, o bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG